Dünya
Pleyeri seçin:
Zəlzələ kəndi yer üzündən sildi
Türkiyədə fevralın 6-da baş verən zəlzələ bəzi kəndləri, demək olar ki, tamamilə yerlə yeksan edib. Bunlardan biri də yeraltı təkanların episentri olan Pazarcık rayonunun Ördekdede kəndidir.
Zəlzələdə yaxınlarını itirənlər və dağıntılar altından xilas edilənlər həmin anları göz yaşları içində danışıblar.
Kənd sakini Türkan Merter “Körpələrimi itirdim, hamısını itirdim. 6 övladımı, nəvələrimi, oğlumu itirdim”, - deyə bildirib.
Qeyd edək ki, kənddə ümumilikdə 33 nəfər həlak olub. Ərazidə Fövqəladə Halların İdarə Olunması Agentliyi ilə koordinasiyalı şəkildə çadırlar qurulub və vətəndaşların ehtiyacları ödənilir.
Kopyalandı
Seçilmişlər