Pleyeri seçin:

Zirvəni fərh etmək istəyən alpinistlər hansı şərtə əməl etməlidir?

18 mart 2026 522 baxış

Everest zirvəsini fəth etməyə çalışan alpinistlər artıq 2-ci baza düşərgəsindən, daha dəqiq, 6400-6750 metr yuxarıdakı ərazilərdən ən azı 2 kiloqram zibili özləri ilə geri gətirməli olacaqlar.

Nepal hakimiyyəti tərəfindən tətbiq edilən bu yeni qayda dünyanın ən yüksək zirvəsində tullantıların idarə olunmasını sərtləşdirmək məqsədi daşıyır.

Saqarmatxa Çirklənməyə Nəzarət Komitəsindən bildirilib ki, alpinistlər ekspedisiya bitdikdən sonra baza düşərgəsinə onsuz da 8 kiloqram zibil təhvil verməli idilər. İndi isə buna əlavə olaraq, zirvəyə yaxın ekstremal yüksəkliklərdən də 2 kiloqram tullantı toplanmalıdır.

2-ci düşərgədəki Saqarmatxa Çirklənməyə Nəzarət Komitəsinin əməkdaşları bu qaydaya əməl olunmasına şəxsən nəzarət edəcəklər.

Komitənin baş direktoru Tserinq Şerpa həmçinin elan edib ki, bu mövsümdən etibarən alpinistlərin şəxsi ekskrement (nəcis) torbalarından istifadə etməsi qadağan olunur. Onlar Saqarmatxa Çirklənməyə Nəzarət Komitəsi və yerli bələdiyyə tərəfindən verilən xüsusi torbalardan istifadə etməlidirlər.

Bu tədbirin məqsədi alpinistlərin dağda tullantı torbaları qoyub getməsinin qarşısını almaqdır.

Tserinq Şerpa əlavə edib ki, verilən məcburi torbalar qeydiyyata alınacaq və alpinistlər geri qayıtdıqda həmin torbalar mütləq geri təhvil verilməlidir.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 522 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 522 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 522 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 522 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 522 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 522 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 522 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 522 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 522 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 522 baxış
Seçilmişlər
icon