Pleyeri seçin:

2 nəfərin qətlində təqsirləndirilən şəxslərin cəzaları dəyişdirildi

17 may 2024 832 baxış

Paytaxtın Keşlə qəsəbəsində kütləvi dava zamanı iki nəfərin qətlində təqsirləndirilən və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilən Rauf Hüseynov, Ceyhun İsayev və Ramin İsayevin apellyasiya şikayətinə baxılıb.

Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə hər üç təqsirləndirilən şəxsin cəza müddəti dəyişdirilib.

Məhkəmənin qərarı ilə ömürlük azadlıqdan məhrum edilmiş Rauf Hüseynovun cəzası 20 ilə, 20 il müddətinə azadlıqdan məhrum edilən Ceyhun İsayevin cəzası 19 ilə, onun qardaşı – 5 il müddətinə azadlıqdan məhrum edilən Ramin İsayevin cəzası isə 4 ilə endirilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun verdiyi hökmlə Rauf Hüseynov ömürlük, Ceyhun İsayev 20 il, Ramin İsayev isə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.

İttiham aktına görə, hadisə 2023-cü il fevralın 11-də Bakının Nizami rayonu ərazisində qeydə alınıb. Kütləvi dava zamanı İlkin Rzayev və Xəyal Rəhimov qətlə yetirilib. Faktla bağlı Rauf Hüseynov və Ceyhun İsayevə, Ramin İsayevə qarşı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham irəli sürülüb.

"12 bıçaq zərbəsi vurub" | Dəhşət: 17 yaşlı oğlan anasına niyə hücum çəkdi? - Baku TV

"12 bıçaq zərbəsi vurub" | Dəhşət: 17 yaşlı oğlan anasına niyə hücum çəkdi? - Baku TV

Hadisə
19 sentyabr 2026 832 baxış
Bakıda qandonduran hadisə | 17 yaşlı oğlan bıçaqla anasına hücum etdi? - Baku TV CANLI

Bakıda qandonduran hadisə | 17 yaşlı oğlan bıçaqla anasına hücum etdi? - Baku TV CANLI

Hadisə
19 sentyabr 2026 832 baxış
“İlk dərs günü yoxa çıxdı” | Bakıdakı bu məktəbdə nə baş verdi? - "Hay-küy saldılar ki..." - Baku TV

“İlk dərs günü yoxa çıxdı” | Bakıdakı bu məktəbdə nə baş verdi? - "Hay-küy saldılar ki..." - Baku TV

Hadisə
19 sentyabr 2026 832 baxış
Şagird itib, direktor isə yerində olmayıb? - Hadisənin detalları üzə çıxdı - Baku TV CANLI

Şagird itib, direktor isə yerində olmayıb? - Hadisənin detalları üzə çıxdı - Baku TV CANLI

Hadisə
19 sentyabr 2026 832 baxış
Lənkəranda dəhşətə gətirən əməl | Yeniyetmə kimlərə görə xəstəxanalıq oldu? - Baku TV CANLI

Lənkəranda dəhşətə gətirən əməl | Yeniyetmə kimlərə görə xəstəxanalıq oldu? - Baku TV CANLI

Hadisə
18 sentyabr 2026 832 baxış
Azərbaycanda ictimai və dini xadimlərə sui-qəsd planı ifşa edildi - Baku TV CANLI

Azərbaycanda ictimai və dini xadimlərə sui-qəsd planı ifşa edildi - Baku TV CANLI

Hadisə
18 sentyabr 2026 832 baxış
“2000 dollar verib, sonra...” | Qalmaqallı “AID Group”la bağlı şikayətlər artır - Baku TV

“2000 dollar verib, sonra...” | Qalmaqallı “AID Group”la bağlı şikayətlər artır - Baku TV

Hadisə
18 sentyabr 2026 832 baxış
16 yaşlı Emili kimlər dəhşətli şəkildə döydü? - “Süni nəfəs veriblər, halı çox ağırdır” - Baku TV

16 yaşlı Emili kimlər dəhşətli şəkildə döydü? - “Süni nəfəs veriblər, halı çox ağırdır” - Baku TV

Hadisə
18 sentyabr 2026 832 baxış
DTX-dən 5 ölkədə antiterror əməliyyatı: "Sumqayıt camaatı"nın üzvləri hər şeyi etiraf etdi - Baku TV

DTX-dən 5 ölkədə antiterror əməliyyatı: "Sumqayıt camaatı"nın üzvləri hər şeyi etiraf etdi - Baku TV

Hadisə
18 sentyabr 2026 832 baxış
Qısqanclıq faciəyə çevrildi | Təqsirləndirilən qardaşa ağır cəza - Baku TV

Qısqanclıq faciəyə çevrildi | Təqsirləndirilən qardaşa ağır cəza - Baku TV

Hadisə
18 sentyabr 2026 832 baxış
Seçilmişlər
icon