Pleyeri seçin:

3-cü massivdə baş verən torpaq sürüşməsi sakinləri narahat edir - Baku TV

15 noyabr 2026 121 baxış

Bakının Badamdar qəsəbəsinin 3-cü massivində torpaq sürüşməsi baş verib.

Ərazidə torpaq qatının ayrılması nəticəsində fərdi yaşayış evlərinin həyətlərində dərin çatlar və çökmələr yaranıb.

Sakinlərin sözlərinə görə, proses son günlər sürətlənib. Belə ki, bir neçə gün əvvəl hasarlar arasında 15-20 santimetr olan məsafə hazırda 2-3 metrə çatıb.

Sürüşmə təhlükəsi səbəbindən sakinlərdən biri yaşayış evini tərk etmək məcburiyyətində qalıb. Ərazidəki bir neçə fərdi yaşayış evinin həyətində də oxşar vəziyyət müşahidə olunur.

Sürüşmə zonasının aşağı hissəsində uşaq bağçası, digər yaşayış evləri və magistral yol yerləşir. Bu isə ərazidə təhlükəsizliklə bağlı narahatlıqları artırır.

Qeyd edək ki, Badamdar qəsəbəsində torpaq sürüşməsi ilə bağlı 2018, 2019, 2021-ci illərdə və 2026-cı ilin fevralında da məlumatlar yayılıb.

Sakinlər ərazidə torpaq qatının yumşaq süxurlardan ibarət olduğunu, yeraltı suların isə sürüşmə prosesinə təsir göstərə biləcəyini iddia edirlər.

Onların bildirdiyinə görə, son günlər aidiyyəti qurumların nümayəndələri əraziyə baxış keçirib və müvafiq tapşırıqlar verilib. 

Banner
Badamdarda sürüşmə təhlükəsi

Badamdarda sürüşmə təhlükəsi

Hadisə
15 noyabr 2026 121 baxış
Şamaxıda nəqliyyat hadisəsi | 9 ton meyvə ətrafa dağıldı, yol bağlandı  Baku TV

Şamaxıda nəqliyyat hadisəsi | 9 ton meyvə ətrafa dağıldı, yol bağlandı Baku TV

Hadisə
15 noyabr 2026 121 baxış
Bəxtiyar Dali azadlığa buraxılmadı | Məhkəmə ev dustaqlığı tələbini niyə rədd etdi? - Baku TV

Bəxtiyar Dali azadlığa buraxılmadı | Məhkəmə ev dustaqlığı tələbini niyə rədd etdi? - Baku TV

Hadisə
14 noyabr 2026 121 baxış
Yeraltı keçidin yaxınlığında yolu keçməyə çalışan piyada avtomobil vurub - Baku TV

Yeraltı keçidin yaxınlığında yolu keçməyə çalışan piyada avtomobil vurub - Baku TV

Hadisə
14 noyabr 2026 121 baxış
Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücüyə ağır cəza verilib - Baku TV

Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücüyə ağır cəza verilib - Baku TV

Hadisə
14 noyabr 2026 121 baxış
Gürcüstanda saxlanılan Azərbaycan vətəndaşı ölkəmizə ekstradisiya olundu - Baku TV

Gürcüstanda saxlanılan Azərbaycan vətəndaşı ölkəmizə ekstradisiya olundu - Baku TV

Hadisə
14 noyabr 2026 121 baxış
Şəhərin mərkəzində yol çökdü: Qəzanın səbəbi açıqlandı - Baku TV

Şəhərin mərkəzində yol çökdü: Qəzanın səbəbi açıqlandı - Baku TV

Hadisə
14 noyabr 2026 121 baxış
Sağlamlıq mərkəzinin əməkdaşları hakim qarşısında - Baku TV

Sağlamlıq mərkəzinin əməkdaşları hakim qarşısında - Baku TV

Hadisə
13 noyabr 2026 121 baxış
Nərimanovda baş verən kütləvi davanın təfərrüatı məlum oldu - 24 SAAT

Nərimanovda baş verən kütləvi davanın təfərrüatı məlum oldu - 24 SAAT

Hadisə
13 noyabr 2026 121 baxış
"Qardaşı gəlib kafenin içərisində bıçaqlayıb getdi" | Tovuzda baş verən hadisənin təfərrüatı

"Qardaşı gəlib kafenin içərisində bıçaqlayıb getdi" | Tovuzda baş verən hadisənin təfərrüatı

Hadisə
13 noyabr 2026 121 baxış
Seçilmişlər
icon