31 yaşlı şəxsin məhkəməsində prokuror nə təklif etdi? - Baku TV
Bakıda sevgilisini daşla öldürməkdə təqsirləndirilən İgid Rəcəbzadənin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məlumat verilib.
Dövlət ittihamçısı Orxan Kəngərli ittiham nitqi ilə çıxış edərkən təqsirləndirilən İgid Rəcəbzadəyə elan edilən ittihamın subuta yetirilməsini əsas gətirərək onun 19 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Daha sonra vəklillər çıxış üçün məhkəmədən vaxt istəyiblər. Bu səbəbdən prosesin növbəti iclası martın 3-nə təyin olunub.
Qeyd edək ki, hadisə 2025-ci ilin dekabrın 17-də Sabunçu rayonu ərazisində baş verib. 35 yaşlı Elnarə İbrahimovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 31 yaşlı İgid Rəcəbzadənin rayonun Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı qeyri-rəsmi nikah münasibətində yaşadığı Elnarə İbrahimovanın baş nahiyəsinə daş parçası ilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı İgid Rəcəbzadəyə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan olunub.
#Qətl hadisəsi teqi istifadə olunub
- Masazırda iki qadın amansızlıqla qətlə yetirildi | Mühafizə orqanları hərəkətə keçdi - ANA XƏBƏR
- Masazırda qandonduran qətl | Hadisə şahidi də amansızlıqla öldürüldü? - Baku TV
- Gəlinini öldürməkdə ittiham olunan qayınataya hökm oxundu - Baku TV
- Şəmkirdə dəhşətli hadisə | 19 yaşlı gənc bıçaqlandı - Baku TV
- Şəmkirdə mübahisə cinayətlə yekunlaşdı | Hadisəni törədən şəxs saxlanıldı - Baku TV CANLI
