Pleyeri seçin:

Ananın qolları olmayan körpədən imtina səbəbi bu imiş | "O nə insandır, nə də ana..." - Baku TV

11 sentyabr 2026 206 baxış

Bakının Sabunçu Tibb Mərkəzində doğuşdan sonra ananın qolları olmayan və çoxsaylı inkişaf qüsurları ilə dünyaya gələn körpəsindən imtina etməsi ilə bağlı hadisə qeydə alınıb.

Tibb mərkəzinin məlumatına görə, 1985-ci il təvəllüdlü qadın iyunun 27-də hamiləliyin 36-cı həftəsində xəstəxanaya yerləşdirilib.

Doğuşdan sonra oğlan uşağında çoxsaylı inkişaf qüsurları aşkarlanıb. Ana iyunun 30-da yazılı iltizamnamə ilə övladından imtina edərək tibb müəssisəsini tərk edib.

Körpə sentyabrın 10-da Sosial Xidmətlər Agentliyinin nümayəndələrinə təhvil verilib. Hazırda uşağın vəziyyəti kafidir və sosial xidmət əməkdaşlarının nəzarətindədir.

“Vətəndaş övladını qeyri-rəsmi nikahdan dünyaya gətirdiyini deyərək, özünün, eləcə də övladının sağlamlığında olan problemlər səbəbindən ona daimi qayğı göstərməkdən imtina edib”, – deyə Sosial Xidmətlər Agentliyinin əməkdaşı Qara Rəhimov bildirib.

Baku TV-nin hadisə ilə bağlı paytaxt sakinləri arasında keçirdiyi sorğu zamanı müxtəlif fikirlər səsləndirilib. “Bunu ancaq analıq hissi ölmüş qadın edər”, – deyə sakinlərdən biri söyləyib.

Digər vətəndaş isə qeyd edib: “Övladını atırsa, o nə insandır, nə də ana. O qədər valideynlər var ki, əli-ayağı olmayan uşaqlarına çox yaxşı baxırlar ”.

Kopyalandı
Banner
Qusarda insanlar panikada | Çaqqallar kənd sakinlərinə hücum etdi - Baku TV CANLI

Qusarda insanlar panikada | Çaqqallar kənd sakinlərinə hücum etdi - Baku TV CANLI

Hadisə
17 oktyabr 2026 206 baxış
Goranboyda qorxunc hadisə | 31 yaşlı şəxs özündən 43 yaş böyük kişini niyə vurdu? - Baku TV CANLI

Goranboyda qorxunc hadisə | 31 yaşlı şəxs özündən 43 yaş böyük kişini niyə vurdu? - Baku TV CANLI

Hadisə
17 oktyabr 2026 206 baxış
"Anidən üstümə cumdu..." | Xəsarətalan 3 nəfər xəstəxanaya yerləşdirilib - Baku TV

"Anidən üstümə cumdu..." | Xəsarətalan 3 nəfər xəstəxanaya yerləşdirilib - Baku TV

Hadisə
17 oktyabr 2026 206 baxış
Bakıda əcnəbinin qətli ilə bağlı məhkəməyə materiallar təqdim olunub - Baku TV

Bakıda əcnəbinin qətli ilə bağlı məhkəməyə materiallar təqdim olunub - Baku TV

Hadisə
17 oktyabr 2026 206 baxış
İsmayıllıda faciəvi qəzanın detalları | Bir nəfər ölüb, iki nəfər xəsarət alıb - Baku TV

İsmayıllıda faciəvi qəzanın detalları | Bir nəfər ölüb, iki nəfər xəsarət alıb - Baku TV

Hadisə
17 oktyabr 2026 206 baxış
İsmayıllıda minik avtomobili ilə yük avtomobili toqquşub: ölən və yaralananlar var - Baku TV CANLI

İsmayıllıda minik avtomobili ilə yük avtomobili toqquşub: ölən və yaralananlar var - Baku TV CANLI

Hadisə
16 oktyabr 2026 206 baxış
Azərbaycanda axtarışa verilən Anar Abbasov Rusiyada saxlanılıb - Baku TV CANLI

Azərbaycanda axtarışa verilən Anar Abbasov Rusiyada saxlanılıb - Baku TV CANLI

Hadisə
16 oktyabr 2026 206 baxış
Dövlət sərhədini pozmaq cəhdinin qarşısı alınıb - ANA XƏBƏR

Dövlət sərhədini pozmaq cəhdinin qarşısı alınıb - ANA XƏBƏR

Hadisə
16 oktyabr 2026 206 baxış
Kürdəmirdə yolda yuxuluyan sürücünün hərəkəti faciəyə səbəb oldu - Baku TV CANLI

Kürdəmirdə yolda yuxuluyan sürücünün hərəkəti faciəyə səbəb oldu - Baku TV CANLI

Hadisə
16 oktyabr 2026 206 baxış
“5 qadın hücum çəkdi, kişilər də...” | Kirayəçi və ev sahibi arasında görünməmiş qalmaqal - Baku TV

“5 qadın hücum çəkdi, kişilər də...” | Kirayəçi və ev sahibi arasında görünməmiş qalmaqal - Baku TV

Hadisə
16 oktyabr 2026 206 baxış
Seçilmişlər
icon