Pleyeri seçin:

“Arvadımı ağzından tutub hamama saldım ki...” | Bakıdakı qandonduran hadisənin detalları - Baku TV

02 dekabr 2025 652 baxış

2022-ci ildə Nəsimi rayonunun Lev Tolstoy küçəsi, 153 ünvanında yerləşən hoteldə cinayət hadisəsi baş verib.

26 yaşlı Rüqayyə Abdullayeva bıçaq xəsarətləri ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səyi nəticəsində əməliyyat olunan qadının həyatını xilas etmək mümkün olub.

Hadisədən bir neçə saat sonra Cəlilabad Rayon Polis Şöbəsinə təslim olan 30 yaşlı Tərlan Abdullayev 22-ci Polis Şöbəsi əməkdaşlarına təhvil verilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Zərərçəkmiş Rüqayyə Abdullayeva ifadəsində göstərib ki, əri Tərlan çox qısqanc olub. Aprelin 4-də telefonla danışanda bu davranışlarından yorulub, ondan ayrılmaq istədiyini söyləyib. Cavab olaraq Tərlan onu və uşaqları öldürməklə hədələyib. İyunun 3-də hoteldə yoldaşı yalvarışlarına məhəl qoymayaraq, ona bıçaqla zərbələr vurub. Boğazını kəsmək istəyərkən ağzını tutduğu əli boşa çıxdığından qışqırıq səsini hotel işçiləri eşidib. Qeydiyyatçı qız içəri girəndə qadın ondan təcili yardım çağırmasını xahiş edib. Kliniki Tibbi Mərkəzə çatdırılaraq əməliyyat olunub.

Məhkəmə iclasında Tərlan Abdullayev ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş təqsirləndirilən şəxslə barışdığını bildirərək, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edib.

Sonda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tərlan Abdullayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum olunub.

Banner
Buzovna qəsəbəsində azyaşlı faciəvi şəkildə həyatını itirib - ƏSAS XƏBƏR

Buzovna qəsəbəsində azyaşlı faciəvi şəkildə həyatını itirib - ƏSAS XƏBƏR

Hadisə
22 oktyabr 2026 652 baxış
Faktla bağlı araşdırma aparılır

Faktla bağlı araşdırma aparılır

Hadisə
22 oktyabr 2026 652 baxış
"Dedik, bəlkə, dükana tərəf gedib…" | Diqqətsizlik dəhşət yaşatdı - Azyaşlı kanalda həyatını itirdi

"Dedik, bəlkə, dükana tərəf gedib…" | Diqqətsizlik dəhşət yaşatdı - Azyaşlı kanalda həyatını itirdi

Hadisə
22 oktyabr 2026 652 baxış
Kürdəmirdə minlərlə sakin su axtarışında: problem nə vaxt həll olunacaq? - Baku TV CANLI

Kürdəmirdə minlərlə sakin su axtarışında: problem nə vaxt həll olunacaq? - Baku TV CANLI

Hadisə
22 oktyabr 2026 652 baxış
Əqrəblər Bakıda 2 nəfəri xəstəxanalıq etdi: Mütəxəssislərdən təcili xəbərdarlıq - Baku TV CANLI

Əqrəblər Bakıda 2 nəfəri xəstəxanalıq etdi: Mütəxəssislərdən təcili xəbərdarlıq - Baku TV CANLI

Hadisə
22 oktyabr 2026 652 baxış
Tikinti və təmir vədi ilə bağlı milyonluq işdə şirkət rəhbəri saxlanıldı - 24 SAAT

Tikinti və təmir vədi ilə bağlı milyonluq işdə şirkət rəhbəri saxlanıldı - 24 SAAT

Hadisə
21 oktyabr 2026 652 baxış
Xalçalarını təmizlik üçün şirkətə verən vətəndaşların başına nə gəldi? - Baku TV CANLI

Xalçalarını təmizlik üçün şirkətə verən vətəndaşların başına nə gəldi? - Baku TV CANLI

Hadisə
21 oktyabr 2026 652 baxış
Xalq artistinin kürəkəni hansı əməldə ittiham olunur? - Cinayət işinin təfərrüatları - Baku TV

Xalq artistinin kürəkəni hansı əməldə ittiham olunur? - Cinayət işinin təfərrüatları - Baku TV

Hadisə
21 oktyabr 2026 652 baxış
Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə hansı ittihamla həbs edildi? - Baku TV CANLI

Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə hansı ittihamla həbs edildi? - Baku TV CANLI

Hadisə
21 oktyabr 2026 652 baxış
İllərlə davam edən mübahisə | "Dedi ki, torpaq alıb icarəyə verək" - 114 minlik fırıldaq iddiası

İllərlə davam edən mübahisə | "Dedi ki, torpaq alıb icarəyə verək" - 114 minlik fırıldaq iddiası

Hadisə
21 oktyabr 2026 652 baxış
Seçilmişlər
icon