Atasının qətlində təqsirli bilinən Ayxan Vəlizadə barədə hansı qərar verildi? - Baku TV
Bakıda atasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadənin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən son söz dedikdən sonra hökm elan edilib.
Məhkəmə Ayxan Vəlizadənin əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsindən 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edərək ona 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib.
Xatırladaq ki, ötən prosesdə prokuror dövlət ittihamının müdafiəsi zamanı zərərçəkənin hüquqi varisinin təqdirləndiriləndən şikayətçi olmadığını əsas gətirərək Ayxan Vəlizadənin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.
