Pleyeri seçin:

Azərbaycan Ordusunun əsgəri həlak oldu | Hərbi Prokurorluqdan təcili açıqlama

14 sentyabr 2024 353 baxış

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bağırov Nurbala Asif oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olub.

Bunu hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

Məlumata görə, daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir əmələ və fakta hüquqi qiymət verilməsi təmin olunacaq", – məlumatda deyilir.

Bakı-Quba yolunda faciəvi qəza: Körpüdə yük maşını minik avtomobili ilə toqquşdu - Baku TV CANLI

Bakı-Quba yolunda faciəvi qəza: Körpüdə yük maşını minik avtomobili ilə toqquşdu - Baku TV CANLI

Hadisə
23 sentyabr 2026 353 baxış
Bakı-Quba yolunda dəhşət | Yük avtomobili minik maşınının üzərinə aşdı - Baku TV

Bakı-Quba yolunda dəhşət | Yük avtomobili minik maşınının üzərinə aşdı - Baku TV

Hadisə
23 sentyabr 2026 353 baxış
Şirvan sakini Goranboyda faciəvi şəkildə öldü - Baku TV CANLI

Şirvan sakini Goranboyda faciəvi şəkildə öldü - Baku TV CANLI

Hadisə
23 sentyabr 2026 353 baxış
Goranboyda dəhşətli qəza | Şirvan sakini faciəvi şəkildə öldü - Baku TV

Goranboyda dəhşətli qəza | Şirvan sakini faciəvi şəkildə öldü - Baku TV

Hadisə
23 sentyabr 2026 353 baxış
2013-cü ildə törədilən qətlin yeni detalları üzə çıxdı - 24 SAAT

2013-cü ildə törədilən qətlin yeni detalları üzə çıxdı - 24 SAAT

Hadisə
22 sentyabr 2026 353 baxış
Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət: Sürücülər nə etməlidir? - Baku TV CANLI

Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət: Sürücülər nə etməlidir? - Baku TV CANLI

Hadisə
22 sentyabr 2026 353 baxış
Asfalt çatladı, yol sürücülər üçün təhlükəyə çevrildi | Quba–Qonaqkənd yolunda son durum - Baku TV

Asfalt çatladı, yol sürücülər üçün təhlükəyə çevrildi | Quba–Qonaqkənd yolunda son durum - Baku TV

Hadisə
22 sentyabr 2026 353 baxış
Maştağada partlayışa görə evə ziyan dəyib, iki nəfər xəsarət alıb

Maştağada partlayışa görə evə ziyan dəyib, iki nəfər xəsarət alıb

Hadisə
22 sentyabr 2026 353 baxış
COVID dövrünün sirri üzə çıxdı? - Qəbiristanlıqda qorxulu mənzərə - Baku TV CANLI

COVID dövrünün sirri üzə çıxdı? - Qəbiristanlıqda qorxulu mənzərə - Baku TV CANLI

Hadisə
22 sentyabr 2026 353 baxış
"Xəbəri olmadan mətbəxə girib, elə o anda..." | Maştağada qorxulu partlayış: 2 nəfər... - Baku TV

"Xəbəri olmadan mətbəxə girib, elə o anda..." | Maştağada qorxulu partlayış: 2 nəfər... - Baku TV

Hadisə
22 sentyabr 2026 353 baxış
Seçilmişlər
icon