"Dedilər, həkim yoxdur" | Yaşadığı hadisəyə görə şok keçirən 7 yaşlı oğlanın dəhşətli ölümü
Sabunçu rayonunun Zabrat qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib.
Belə ki, sürücü Tural Süleymanlı sükan arxasında ikən qıcolma keçirib, bu zaman avtomobil qonşunun darvazasına çırpılıb. Hadisə zamanı maşında sərnişin qismində əyləşən Tural Süleymanlının 7 yaşlı övladı şok keçirib. T.Süleymanlı ağır bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb, azyaşlının həyatını isə xilas etmək mümkün olmayıb.
T.Süleymanlının xalası Esmira Cəfərova hadisə ilə bağlı jurnalistlərə açıqlama verib.
“Qışqırıq səslərini eşidib hadisə yerinə gəldim. Gördüm ki, uşağı maşından düşürtdülər, anasının yanına qaçdı. O, xəsarət almasa da, qorxudan rəngi ağarmışdı. Sonra uşağı epilepsiya tutdu. Xəstəxanaya aparan zaman yolda nəbzi dayandı”, – o söyləyib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
#Zabrat qəsəbəsi teqi istifadə olunub
- Zabrat qəsəbəsində kanalizasiya problemi nə vaxt həllini tapacaq?
- “Çəkilişə icazə vermədilər, evlərə girir!” | Zabrat sakinləri niyə qorxu içində yaşayır? - Baku TV
- Sistem olmadığına görə qəbiristanlığı su basıb?
- "Ətrafı qoxu bürüyüb, qəbirlər suyun içindədir" | Zabratda dəhşətə gətirən mənzərə - Baku TV
- Zabrat qəsəbəsində kanalizasiya problemi ciddi fəsadlara səbəb oldu - Baku TV CANLI
