Hadisə
Pleyeri seçin:

Bakıda 2 qadını eyni anda idarə etmək istəyən taksi sürücüsü qatil oldu

17 may 2024

2022-ci ilin sentyabrın 8-i saat 13:00 radələrində Sultan Feyzullayev kirayə yaşadığı Binə qəsəbəsindəki evdə qeyri-rəsmi münasibətdə olduğu Elnaz Sadıqova ilə mübahisə edərkən üzərindəki bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə 4 dəfə zərbə vurub. Ağır yaralanan qadın 2 gündən sonra müalicə aldığı Sabunçu Tibb Mərkəzində həyatını itirib.

Sultan Feyzullayev ifadəsində göstərib ki, 7-8 ilə yaxındır taksi fəaliyyəti ilə məşğul olub. 2020-ci ildə müştəri kimi taksiyə əyləşmiş Elnaz Sadıqova ilə tanış olub. Həmin vaxtdan da onunla görüşməyə başlayıb. Ərindən boşanan Elnaz bir müddətdən sonra fikrinin ciddi olmasını və onunla ailə qurmaq istədiyini deyəndə ona ailəli olduğunu bildirib.

Sultan Feyzullayev Elnazın anası Elmira Sadıqovanın razılığı ilə onunla molla kəbini kəsdirib. Qadının bütün maddi ehtiyaclarını, o cümlədən evin kirayə və digər xərclərini də ödəyib. O, həm Elnazla, həm də rəsmi nikahda olduğu arvadı Pərvinlə yaşayıb. Təxminən 2 ildən sonra Elnazın anası qızı ilə münasibətlərini rəsmiləşdirməsini istəyib. Elnaz onun mobil telefonundan arvadı Pərvinə zəng vurub, aralarında olan münasibət barədə danışıb. Bundan sonra Sultanın rəsmi həyat yoldaşı Pərvin uşağı götürərək evdən gedib. Daha sonra arvadına Elnazla münasibətlərini kəsəcəyinə söz verdiyi üçün Pərvin ərinə inanaraq evə qayıdıb.

Sentyabrın 7-də Elnaz zəng vuraraq rayona getmək istədiyini və artıq onunla bir yerdə yaşamaq istəmədiyini söyləyəndə Sultan buna etiraz edib. Növbəti gün Sultan Elnazın yaşadığı evə gedib söhbət edəndə Elnaz onun rəsmi həyat yoldaşı Pərvinin ünvanına nalayiq ifadələr işlədib. Sultan Feyzullayev bu sözlərdən sonra üzərində olan bıçağı çıxarıb qadına zərbələr endirib.

Cinayət işinin gedişində məhkəmə hesab edib ki, Sultan Feyzullayevə Cinayət Məcəlləsinin 126.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Sultan Feyzullayev 9 il müddətinə azadlıqdan məhrum olunub.

Naxçıvanda yağışın fəsadları aradan qaldırılır | FHN iş başında

Naxçıvanda yağışın fəsadları aradan qaldırılır | FHN iş başında

Hadisə
31 avqust 2024
Goranboyda yanğın baş verdi | FHN hadisə yerində

Goranboyda yanğın baş verdi | FHN hadisə yerində

Hadisə
31 avqust 2024
Sumqayıtda dəhşətli hadisə | 18 yaşlı oğlan niyə bıçaqlandı?

Sumqayıtda dəhşətli hadisə | 18 yaşlı oğlan niyə bıçaqlandı?

Hadisə
31 avqust 2024
Göygöldəki kütləvi zəhərlənmənin təfərrüatı məlum oldu

Göygöldəki kütləvi zəhərlənmənin təfərrüatı məlum oldu

Hadisə
31 avqust 2024
Həbs edilən zabit kimdir və nədə ittiham olunur? | Hərbi Prokurorluqdan açıqlama

Həbs edilən zabit kimdir və nədə ittiham olunur? | Hərbi Prokurorluqdan açıqlama

Hadisə
30 avqust 2024
Narkoman kişi əmi dediyi adama görə arvadının qatili oldu - SONUNCU ŞAHİD

Narkoman kişi əmi dediyi adama görə arvadının qatili oldu - SONUNCU ŞAHİD

Hadisə
30 avqust 2024
Yanğın yerindən son görüntülər | Nəqliyyatın hərəkətindəki məhdudiyyət aradan qaldırıldı

Yanğın yerindən son görüntülər | Nəqliyyatın hərəkətindəki məhdudiyyət aradan qaldırıldı

Hadisə
30 avqust 2024
Göygöldə kütləvi zəhərlənmə | 10 yaşlı uşaq vəfat etdi

Göygöldə kütləvi zəhərlənmə | 10 yaşlı uşaq vəfat etdi

Hadisə
30 avqust 2024
Ayının ahıl kişiyə hücumunun detalları | Yaralının son vəziyyəti açıqlandı

Ayının ahıl kişiyə hücumunun detalları | Yaralının son vəziyyəti açıqlandı

Hadisə
30 avqust 2024
Gördüm ki, partladı, dişlərimiz də yandı | Ailə yaşadıqları dəhşəti danışdı

Gördüm ki, partladı, dişlərimiz də yandı | Ailə yaşadıqları dəhşəti danışdı

Hadisə
30 avqust 2024
Seçilmişlər
icon