Hadisə
Pleyeri seçin:

Bakıda dekanın sifariş etdiyi qətlin təfərrüatları illər sonra ortaya çıxdı

13 aprel 2024

2011-ci ildə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İlkin Qurbanovun üzərində zorakılıq əlamətləri ilə meyitinin aşkar edilməsi ilə bağlı məlumat yayıb. Həmin vaxt Xətai Rayon Prokurorluğunda cinayət işi başlasa da, hadisəni törətmiş şəxsi və ya şəxsləri müəyyən etmək mümkün olmayıb.

11 ildən sonra, 2022-ci ildə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Anar Mansurovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun tanışı Əhəd Salahovun NZS qəsəbəsində adam öldürməsi üzə çıxıb.

İstintaqla müəyyən edilib ki, Əhəd Salahov Bakı İslam Universitetində şəriət fakültəsinin dekanı vəzifəsində işləmiş Firudin Məmmədovla 2011-ci ilin oktyabr ayında görüşüb və onun tanışı İlkin Qurbanovu öldürmək lazım olduğunu bildirib. Buna razılıq verən Əhəd Salahova Firudin Məmmədov İlkin Qurbanovun fotoşəklini və mobil nömrə verib. Onu NZS qəsəbəsinə aparıb, öldürəcəyi adamın yaşadığı küçəni göstərib.

Bundan sonra Əhəd Salahov “20 yanvar” metrostansiyasının yaxınlığından bıçaq alıb. Plana əsasən, bıçağı gödəkçəsinin cibinə qoyub, evdən çıxıb və dostu Anar Mansurovla görüşərək ondan sadə modelli mobil telefonunu alıb.

Oktyabrın 31-i saat saat 23:02-də Firudin Məmmədovdan aldığı məlumat əsasında evinə gedən İlkin Qurbanovu təqib edib. Sovxoz küçəsində yerləşən 19 nömrəli yaşayış binası ilə üzbəüz qaranlıq ara yolda ona arxadan hücum edib, İlkin Qurbanovun kürəyinə, sonra isə sinəsinə bıçaqla çoxsaylı zərbələr endirərək onu qətlə yetirib. Evə çatandan sonra Firudin Məmmədovla telefonla danışaraq ona üstüörtülü şəkildə “tapşırdığınız işi həll etdim” deyib.

Hadisədən bir müddət sonra Əhəd Salahov Anar Mansurova NZS qəsəbəsində bir adamı öldürdüyünü deyib. 4 gün sonra, yəni noyabrın 4-də qətlin sifarişçisi Firudin Məmmədov Xocalı prospektində avtomaşında intihar edib.

Məhkəmə iclasında Əhəd Salahov ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, İlkin Qurbanovu Firudin Məmmədov qətlə yetirib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əhəd Salahov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrum olunub.

Camaat bu yolu görüb geri qayıdır... | Quba sakinləri çıxılmaz vəziyyətdə qaldı

Camaat bu yolu görüb geri qayıdır... | Quba sakinləri çıxılmaz vəziyyətdə qaldı

Hadisə
26 iyul 2024
Narkotacirlərin planı belə pozuldu | Əməliyyatdan anbaan görüntülər

Narkotacirlərin planı belə pozuldu | Əməliyyatdan anbaan görüntülər

Hadisə
26 iyul 2024
Bakıda qanunsuz miqrasiyaya qarşı əməliyyat keçirildi

Bakıda qanunsuz miqrasiyaya qarşı əməliyyat keçirildi

Hadisə
26 iyul 2024
Yeni Qaladakı dəhşətli hücumla bağlı DİN-dən təcili məlumat

Yeni Qaladakı dəhşətli hücumla bağlı DİN-dən təcili məlumat

Hadisə
26 iyul 2024
Bakıda film kimi hadisə | Satıcıya edilən dəhşətli hücumun detalları

Bakıda film kimi hadisə | Satıcıya edilən dəhşətli hücumun detalları

Hadisə
26 iyul 2024
Xəzərdə qanunsuz əməllər törədənlər ifşa olundu | DİN-dən məlumat

Xəzərdə qanunsuz əməllər törədənlər ifşa olundu | DİN-dən məlumat

Hadisə
26 iyul 2024
Maşının içində sıxılı qalan qadının xilas anı | Lənkəranda ağır qəza

Maşının içində sıxılı qalan qadının xilas anı | Lənkəranda ağır qəza

Hadisə
26 iyul 2024
Lerik rayonunda zəlzələ baş verdi

Lerik rayonunda zəlzələ baş verdi

Hadisə
26 iyul 2024
İmişlidə idarəetməni itirən yanacaq daşıyan maşın aşdı | Yaralananlar var

İmişlidə idarəetməni itirən yanacaq daşıyan maşın aşdı | Yaralananlar var

Hadisə
26 iyul 2024
Xidməti otağında vəfat edən məmurun ölüm səbəbi nədir? | Kürdəmirdə bədbəxt hadisə

Xidməti otağında vəfat edən məmurun ölüm səbəbi nədir? | Kürdəmirdə bədbəxt hadisə

Hadisə
26 iyul 2024
Seçilmişlər
icon