Bakıda dələduzluq edən şəxs saxlanıldı | Hər şeyi etiraf etdi
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini “beh” qismində dələduzluq yolu ilə ələ keçirən 1980-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Həsənov Elman saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində onun elan saytlarında gündəlik olaraq ən çox yerləşdirilən məlumatlardan saxta elanlar düzəltdiyi müəyyən olunub. =
E.Həsənov digər şəxslərin adına olan mobil nömrələrdən istifadə etməklə onunla əlaqə saxlayan vətəndaşlara həmin məhsulları satacağı vədi verərək müxtəlif məbləğlərdə “beh” alıb. Zərərçəkənlər göndərdikləri pulları həmin şəxsin özünə aid olmayan bank hesab kartlarına köçürüblər.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
#Daxili İşlər Nazirliyi teqi istifadə olunub
- 2013-cü ildə törədilən qətlin yeni detalları üzə çıxdı - 24 SAAT
- DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV
- DİN antiterror əməliyyatında iştirakı ilə bağlı paylaşım etdi - Baku TV
- Türkiyə mediasında yayılan məlumata DİN-dən rəsmi açıqlama - Baku TV
- Şirvanda oğurluq hadisəsi | 35 yaşlı şübhəli saxlanıldı - Baku TV
