Bakıda mənzildə qorxulu anlar | FHN təcili hərəkətə keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Nərimanov rayonunda vətəndaş bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
“112” qaynar telefon xəttinə məlumat daxil olduğu anda əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Alpinist ləvazimatları vasitəsilə beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olan xilasedicilər 1996-cı il təvəllüdlü vətəndaşı huşsuz vəziyyətdə aşkar edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Yasamal rayonunda isə azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz qalıb. FHN əməkdaşları onmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2021-ci il təvəllüdlü azyaşlını valideynlərinə təhvil veriblər.
#Nərimanov rayonu teqi istifadə olunub
- Nərimanovda baş verən kütləvi davanın təfərrüatı məlum oldu - 24 SAAT
- Bakıda baş verən kütləvi dava barədə təcili məlumat - Baku TV CANLI
- “2 nəfəri bıçaqlayıb, sonra...” | Hadisə şahidi Nərimanovdakı kütləvi davadan danışdı - Baku TV
- “Səhərə kimi yata bilmirik...” | Sakinlər qorxu içində bu binada yaşayır - Baku TV
- Paytaxtda çoxmənzilli binanın tavanı uçdu | Mənzillər dağıldı - 24 SAAT
