Pleyeri seçin:

Bakıda tikiş sexində hansı nöqsanlar aşkarlandı? - FHN tədbir gördü

12 mart 2025 363 baxış

Binəqədidə yanğın təhlükəli tikiş sexinin fəaliyyəti dayandırılıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “Bakı Tekstil Fabriki” MMC-yə məxsus tikiş sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki, obyektdə ilkin yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, həmçinin mövcud qurğuya texniki qulluq göstərilməyib; elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib; obyektdə yanğın su hovuzu mövcud deyil və daxili yanğın kranları quraşdırılmayıb; obyekt odsöndürən balonlarla tam təmin olunmayıb; təxliyə planı mövcud deyil; obyektin taxta konstruksiyalarına odadavamlı məhlul hopdurulmayıb; obyektin müəyyən yerlərində yanar üzlüklərdən istifadə olunub; istehsalat və anbar otaqlarında yanar materialdan istifadə edilərək otaqlar yaradılıb; anbar sahəsində mallar “Yanğın Təhlükəsizliyi Qaydaları”nın tələblərinə uyğun yığılmayıb; obyektin ərazisi yanar tullantılardan təmizlənməyib; tikinti və layihə sənədləri yanğın təhlükəsizliyinə əməl olunması baxımından DYNX ilə razılaşdırılmayıb; obyektin daşınmaz əmlakının icbari sığorta şəhadətnaməsi təqdim olunmayıb.

Qeyd olunanları nəzərə alaraq yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “Bakı Tekstil Fabriki” MMC-yə məxsus tikiş sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

Beyləqanda 19 yaşlı gənc kanalda batdı | Araşdırma aparılır - Baku TV

Beyləqanda 19 yaşlı gənc kanalda batdı | Araşdırma aparılır - Baku TV

Hadisə
08 avqust 2026 363 baxış
İmişlidə traktor sürücüsü ağır qəza törətdi | Velosiped sürən uşaq həyatından oldu - Baku TV

İmişlidə traktor sürücüsü ağır qəza törətdi | Velosiped sürən uşaq həyatından oldu - Baku TV

Hadisə
08 avqust 2026 363 baxış
Sabunçuda 70 min manatlıq oğurluq | DİN əməliyyat keçirdi - Baku TV

Sabunçuda 70 min manatlıq oğurluq | DİN əməliyyat keçirdi - Baku TV

Hadisə
08 avqust 2026 363 baxış
Tovuzda dəhşət: 28 yaşlı gənc bibisini qətlə yetirdi - Baku TV

Tovuzda dəhşət: 28 yaşlı gənc bibisini qətlə yetirdi - Baku TV

Hadisə
08 avqust 2026 363 baxış
Elektrik naqillərini oğurlayan şəxs tutuldu - Baku TV

Elektrik naqillərini oğurlayan şəxs tutuldu - Baku TV

Hadisə
07 avqust 2026 363 baxış
Laçında baş verən yanğın FHN əməkdaşları tərəfindən söndürülüb - Baku TV

Laçında baş verən yanğın FHN əməkdaşları tərəfindən söndürülüb - Baku TV

Hadisə
07 avqust 2026 363 baxış
Tovuzda 28 yaşlı gənc bibisinin həyatına son qoydu - 24 SAAT

Tovuzda 28 yaşlı gənc bibisinin həyatına son qoydu - 24 SAAT

Hadisə
07 avqust 2026 363 baxış
Rüşvət almaqda ittiham olunan şəxslər məhkəmədə - ANA XƏBƏR

Rüşvət almaqda ittiham olunan şəxslər məhkəmədə - ANA XƏBƏR

Hadisə
07 avqust 2026 363 baxış
Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslərin əməlləri üzə çıxdı - Baku TV

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslərin əməlləri üzə çıxdı - Baku TV

Hadisə
07 avqust 2026 363 baxış
Məşhur tiktoker "Arzum"un növbəti məhkəməsi keçirildi - Baku TV CANLI

Məşhur tiktoker "Arzum"un növbəti məhkəməsi keçirildi - Baku TV CANLI

Hadisə
07 avqust 2026 363 baxış
Seçilmişlər
icon