Hadisə
Pleyeri seçin:

Bakının mərkəzində qətlə yetirilən Turalla bağlı bilinməyənlər

27 iyun 2024

Ötən gün Bakının Nərimanov rayonunda 21 yaşlı İsmayıl Allahverdiyev 24 yaşlı Tural Kosayevi qıza görə qətlə yetirib.

Əldə etdiyimiz məlumata görə, hər iki gənc Qazaxın Daş Salahlı kəndindən olsa da, Tural Kosayevdən fərqli olaraq İsmayıl Allahverdiyevin ailəsi bura Borçalının Qaraçöp kəndindən köçüb.

Daş Salahlıdan olan həmsöhbətimiz bildirib ki, Tural Kosayevin həyatı heç də asan olmayıb. Atası içkiyə meyilli olduğu üçün ailədə vaxtaşırı söz-söhbət olub. Nəhayət, anası ayrılmaq qərarı verib. Uzun müddətdən sonra ailə yenidən bir araya gəlib, ata-ana barışıb.

Maddi baxımdan imkansız olan ailə bir müddət öncə xeyirxah insanların dəstəyi ilə Bakıda varlı bir şəxsin bağ evində məskunlaşıblar – həm bağa nəzarət edir, həm də ata ilə birgə Tural və digər qardaşı tikintidə fəhlə kimi çalışırlarmış. Tural və qardaşının sakit, zəhmətkeş və ailəcanlı olduğu bildirilir. Məhz iki qardaşın sayəsində ailə yenidən toparlanıb, həyatları yenicə axarına düşübmüş.

İddialara görə, Kosayevlər ailəsində sağlıqla bağlı da problemlər var: Turalın anası qardaşının səhhət probleminə görə böyrəyini ona verib, əməliyyatda donorluq edib. Turalın qardaşı da qismən fiziki məhdudiyyətlidir, yerişində çətinlik var.

Turalın vicdanlı, dürüst, ətrafına qarşı diqqətli olduğu haqda xeyli hadisələr danışılır. Tural öz kəndlərində imiş, qətlə yetirilən gün səhər Bakıya qayıdıb. Turalın ölümünə səbəb olan qızın da eyni kənddən olduğu vurğulanır. Hazırda Bakıda yaşayır.

Lənkəranda bıçaqlanma hadisəsi baş verib

Lənkəranda bıçaqlanma hadisəsi baş verib

Hadisə
30 iyun 2024
Qaxda faciəvi yol qəzası | Ölən və yaralananlar var

Qaxda faciəvi yol qəzası | Ölən və yaralananlar var

Hadisə
30 iyun 2024
Gəncədə minik maşınları toqquşdu | Sürücü xəsarət aldı

Gəncədə minik maşınları toqquşdu | Sürücü xəsarət aldı

Hadisə
30 iyun 2024
Daşkəsəndə güclü leysan yağışından sonra yaranan sel ciddi fəsadlar yaratdı

Daşkəsəndə güclü leysan yağışından sonra yaranan sel ciddi fəsadlar yaratdı

Hadisə
30 iyun 2024
Qaxda ağır yol qəzası | Hadisə yerindən dəhşətli görüntülər

Qaxda ağır yol qəzası | Hadisə yerindən dəhşətli görüntülər

Hadisə
29 iyun 2024
Hacıqabulun Qubalıbaloğlan kənd sakinləri evsiz qaldı | FHN iş başında

Hacıqabulun Qubalıbaloğlan kənd sakinləri evsiz qaldı | FHN iş başında

Hadisə
29 iyun 2024
İsmayıllıda kənd sakinlərinin təxliyəsinə başlanıldı | FHN görüntülər yaydı

İsmayıllıda kənd sakinlərinin təxliyəsinə başlanıldı | FHN görüntülər yaydı

Hadisə
29 iyun 2024
Gəncədə qonşular arasında dava | Hadisənin detalları açıqlandı

Gəncədə qonşular arasında dava | Hadisənin detalları açıqlandı

Hadisə
29 iyun 2024
Tufan gözlənilmədən gəldi... | Astaradakı sel əhalini acınacaqlı vəziyyətdə qoydu

Tufan gözlənilmədən gəldi... | Astaradakı sel əhalini acınacaqlı vəziyyətdə qoydu

Hadisə
29 iyun 2024
Cəlilabadda dəhşətli yol qəzası | Hadisə yerindən görüntülər

Cəlilabadda dəhşətli yol qəzası | Hadisə yerindən görüntülər

Hadisə
29 iyun 2024
Seçilmişlər
icon