Hadisə
Pleyeri seçin:
Bakının mərkəzində qeyri-adi qəza | Maşın mağazaya girdi
Paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, “KIA Rio” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarındakı obyektə daxil olub.
Hadisə nəticəsində sürücü xəsarət alıb, mağazanın ön hissəsinə və avtomobilə ciddi zərər dəyib.
Qəza şahidləri nəqliyyat vasitəsinin sürətlə hərəkət etdiyini və sürücünün huşu getdiyi üçün mağazaya çırpıldığını bildiriblər.
Kopyalandı
Seçilmişlər