Pleyeri seçin:
Bərdədə bədbəxt hadisə baş verdi | Yeniyetmənin ailəsi fəryad etdi
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tərtər çayının Bərdə rayonu, Zümürxan kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunublar.
Aparılan axtarış tədbirləri nəticəsində 16 yaşlı yeniyetmənin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Kopyalandı
#Bərdə teqi istifadə olunub
