Biləsuvarda ailədaxili münaqişə faciə ilə nəticələndi
Biləsuvarın Təzəkənd kəndində ov tüfəngindən açılan atəş nəticəsində sakin 57 yaşlı İqbal Bağırov ölüb.
Hadisə axşam saatlarında mərhumun yaşadığı ünvanda baş verib.
İlkin məlumata görə, ailə daxilində baş verən mübahisə zamanı İqbal Bağırov övladlarından birinin əlində olan ov tüfəngini götürüb əsəbi halda qundağını yerə vurub. Bu zaman tüfəngdən açılan atəş nəticəsində ağır yaralanan ailə başçısı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, yolda həyatını itirib.
Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, İqbal Bağırov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına ölü vəziyyətdə gətirilib.
Qeyd edək ki, o, Biləsuvarda yerləşən pambıq zavodlarının birində mexanizator kimi çalışırmış. Övladlarından biri subay olub, digəri yeni ailə həyatı qurub. Onlar ilkin dindirilmə üçün Biləsuvar Rayon Prokurorluğuna aparılıblar.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
#Biləsuvar rayonu teqi istifadə olunub
- "Belə şey görməmişdim" | Biləsuvarda nadir təbiət mənzərəsinə səbəb olan hadisə - Baku TV
- Günəş enerjisi layihəsi üzrə yeni mərhələ
- “Gəlin ərinə tələb qoyub ki...” | 17 yaşlı oğlan 59 yaşlı qohumunu görün niyə bıçaqladı
- Biləsuvarda dəhşətli yol qəzası | "Hamısının başları, ayaqları..."
- "Allah haqqı itin zülmünü çəkirik" | Biləsuvar sakinlərini bezdirən problem niyə həll edilmir?
