Pleyeri seçin:
“Bilmədik ki, necə oldu...” | 57 yaşlı kişinin faciəvi sonu bacısını hüznə boğdu - Baku TV
Kürdəmirin Yenikənd kəndində ev yanaraq külə dönüb. Güclü yanğın zamanı ev sahibi 57 yaşlı Fikrət Eminov yanaraq həyatını itirib.
“Tək yaşayırdı. Amma hər şey normal idi. Səhər gəlib gördük ki, alov başlayıb. Yanğının niyə baş verdiyini bilmədik”, – deyə mərhumun qohumu Cavid Eminov hadisə ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.
Qeyd edək ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.
Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırmalara başlanılıb.
Kopyalandı
#Kürdəmir teqi istifadə olunub
- Kürdəmirdə 7 otaqlı ev yanaraq külə döndü - Baku TV
- İşıqlandırılmayan yolda növbəti qəza | Yaralılar var - Baku TV CANLI
- İşıqlandırılmayan yolda növbəti qəza | Avtomobil aşdı, 5 nəfər xəstəxanalıq oldu - Baku TV
- "Su ehtiyatımız yoxdur" | Sakinlər su xəttində yaranan problemlərdən təngə gəliblər - Baku TV
- “Avropa çempionunu bu şəraitdə böyütmüşəm” | Çıxılmaz durumda qalan ailə kömək istədi - Baku TV
