“Biz bunu deyə bilmərik ki...” | Bakıda dəhşət: Mağazada işləyən qadın niyə bıçaqlandı? - Baku TV
Dekabrın 2-də paytaxtın Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə Üzeyir Hacıbəyli küçəsində yerləşən mağazalardan birində baş verib.
Məlumata görə, 33 yaşlı Faxrəddin Quliyev mağazaya basqın edərək orada işləyən arvadı Leyla Quliyevaya bıçaqla zərbələr endirib.
30 yaşlı qadın qaçsa da, əri ona çataraq kürək nahiyəsinə 8 bıçaq xəsarəti yetirərək öldürməyə cəhd göstərib.
F.Quliyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
L.Quliyeva xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır. Müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Cinayətin törədildiyi mağazanın nümayəndəsi Vəfa Rüstəmova hadisə ilə bağlı Baku TV-yə açıqlama verib.
“Bıçaqlanma ailə-məişət zəminində baş verib və Leyla Quliyevanın iş fəaliyyəti ilə bağlı olmadığı üçün bu hadisəni şərh edə bilməyəcəyik. Leyla xanım fəaliyyəti dövründə istər davranışları, istərsə də işə yanaşması ilə nümunəvi əməkdaş olaraq yadda qalıb”, – deyə o bildirib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 29.120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.
#Səbail rayonu teqi istifadə olunub
- "Qonşunun qapısını döyəndə qorxuram..." | Yüzdən çox yaşı olan bina qəzalı vəziyyətdə - Baku TV
- Səbail rayonunda qəzalı bina | Sakinlərin problemi nə vaxt həll olunacaq?- Baku TV
- Ödənişli parklanma niyə xidməti oldu? | Sakinlərin parklanma problemi böyüyür - Baku TV
- Sakinlər xidməti parklanmanın yaratdığı problemdən şikayətçidir
- "İndi 40 manat istəyirlər ki..." | Parklanmadakı dəyişiklik əhalini özündən çıxardı - Baku TV
