Pleyeri seçin:

Bloger "Arzum"un məhkəməsində nələr üzə çıxdı? - Ölümlə nəticələnən hadisənin detalları - Baku TV

04 iyun 2026 281 baxış

Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə ilk olaraq zərərçəkmiş tərəfin müdafiəçisi məhkəməyə vəsatət verib. Vəsatətdə göstərib ki, təqsirləndirilən şəxs İlduzə Hacıyeva sola dönmək istəyərkən xəbərdarlıq işığından istifadə etməyib.

Bu məsələ tərəflər arasında mübahisə yaratdığından hadisənin görüntülərinə yenidən baxış keçirilib. Baxış zamanı məlum olub ki, dönmə işığından istifadə edilib.

Daha sonra "Arzum" ləqəbli tiktokerin vəkili Fərid Həsənov məhkəməyə bir neçə vəsatət verib. Vəkil məhkəmədən hadisə yerinə baxış zamanı tərtib olunmuş hadisə yerinin sxeminin sübutlar siyahısından çıxarılmasını xahiş edib.

Eyni zamanda, hadisə ilə bağlı avtotexniki ekspertiza, trasoloji ekspertiza rəylərini verən ekspertlərin və işi aparan müstəntiqin məhkəmə prosesinə çağırılaraq ifadə verməsi ilə bağlı vəsatəti məhkəməyə təqdim edib.

Dövlət ittihamçısı Nərmin Tahirzadə vəsatətlərə münasibət bildirərək, ekspertlərin məhkəməyə çağırılmamasını, lakin ibtidai istintaqı aparan müstəntiqin məhkəməyə çağırılmasını məqsədəuyğun hesab edib.

Məhkəmə qısa müşavirədən sonra ekspertlərin ifadə verməsi ilə bağlı vəsatətləri təmin etməyib, lakin müstəntiqin məhkəməyə çağırılaraq ifadə verməsi ilə bağlı vəsatəti təmin edib.

Prosesdə mərhumun anası – zərərçəkmiş şəxsin hüquqi varisinin səhhətində problem olduğu üçün hüquqi varisliyin qızına verilməsi məsələsinə toxunulub. Bildirilib ki, etibarnamə veriləndən sonra onun hüquqi varisliyi təmin ediləcək.

Məhkəmənin növbəti iclası iyunun 11-nə təyin edilib. 

Şəmkirdə baş verən bıçaqlanma hadisəsi ilə bağlı 16 yaşlı qız saxlanılıb - Baku TV

Şəmkirdə baş verən bıçaqlanma hadisəsi ilə bağlı 16 yaşlı qız saxlanılıb - Baku TV

Hadisə
25 iyul 2026 281 baxış
8 aylıq həbsə səbəb olan dava qətllə bitdi | Yevlaxda qandonduran hadisə

8 aylıq həbsə səbəb olan dava qətllə bitdi | Yevlaxda qandonduran hadisə

Hadisə
24 iyul 2026 281 baxış
Yük avtomobili idarəetmədən çıxaraq hasara çırpılıb

Yük avtomobili idarəetmədən çıxaraq hasara çırpılıb

Hadisə
24 iyul 2026 281 baxış
“Tək övladımız idi, xəbər verdilər ki...” | Dənizdə batan Elgünün ailəsi fəryad etdi - Baku TV

“Tək övladımız idi, xəbər verdilər ki...” | Dənizdə batan Elgünün ailəsi fəryad etdi - Baku TV

Hadisə
24 iyul 2026 281 baxış
Son dəqiqə | Bakıda baş verən dəhşətli avtobus qəzası barədə detallar - Baku TV

Son dəqiqə | Bakıda baş verən dəhşətli avtobus qəzası barədə detallar - Baku TV

Hadisə
24 iyul 2026 281 baxış
DİN, Baş Prokurorluq və ANAMA Cəbrayıldakı hadisə barədə birgə məlumat yaydı - Baku TV CANLI

DİN, Baş Prokurorluq və ANAMA Cəbrayıldakı hadisə barədə birgə məlumat yaydı - Baku TV CANLI

Hadisə
24 iyul 2026 281 baxış
Xankəndidə bədbəxt hadisə | Obyekt yanıb, işçilər xəsarət alıb - Baku TV

Xankəndidə bədbəxt hadisə | Obyekt yanıb, işçilər xəsarət alıb - Baku TV

Hadisə
24 iyul 2026 281 baxış
Cəbrayıl rayonunda mina partladı | 1 nəfər xəsarət alıb - Baku TV

Cəbrayıl rayonunda mina partladı | 1 nəfər xəsarət alıb - Baku TV

Hadisə
24 iyul 2026 281 baxış
"Yarım saat sonra tapıblar" | Cəlilabadda 21 yaşlı gəncin faciəvi sonu - Baku TV

"Yarım saat sonra tapıblar" | Cəlilabadda 21 yaşlı gəncin faciəvi sonu - Baku TV

Hadisə
23 iyul 2026 281 baxış
"Nə ölüsü var, nə dirisi, yerə batmadı ki..." | Salyanda 26 yaşlı çoban itkin düşdü - Baku TV

"Nə ölüsü var, nə dirisi, yerə batmadı ki..." | Salyanda 26 yaşlı çoban itkin düşdü - Baku TV

Hadisə
23 iyul 2026 281 baxış
Seçilmişlər
icon