Pleyeri seçin:
Bu heyvanların ətini qəti yemək olmaz! - Ağstafada canavarlar kəndə hücum etdi
Ağstafa rayonunun Tatlı kəndində canavarlar kənd sakininə məxsus qoyun sürüsünə hücum edib.
Ac canavarlar fermada 40 heyvanı parçalayıb.
Təsərrüfat sahibi bildirib ki, səhər saat 8-də çobanın zəngi ilə hadisədən xəbər tutub:
“Gəlib gördüm, vəziyyət bu gündədir. 37 qoyunum ölüb, 3-ü isə yaralıdır”.
Ağstafa Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi Şəfayət Bağırovun verdiyi məlumata görə, hücuma məruz qalan heyvanların ətindən istifadə etmək qəti qadağandır.
O həmçinin qeyd edib ki, ölmüş heyvanların cəsədləri itlərə də verilməməlidir.
Təsərrüfat sahibinin bildirdiyinə görə, canavar hücumu nəticəsində ona təxminən 12 min manat dəyərində maddi ziyan dəyib.
Kopyalandı
#Ağstafa rayonu teqi istifadə olunub
- Ağstafada münaqişə bıçaqlanma ilə yekunlaşdı | 21 yaşlı oğlan xəstəxanalıq oldu - Baku TV
- “Səhərə qədər kəsmədi, hamısı qırıldı...” | Ağstafa sakinləri gecə vaxtı dəhşət yaşadı - Baku TV
- "Tava Təpə" abidəsində aparılan arxeoloji qazıntılar nələri üzə çıxardı? - Baku TV
- Ağstafaya güclü dolu yağdı | Evlərə, təsərrüfata ziyan dəyib - Baku TV
- "Aptek spirti içirdi" | 51 yaşlı kişinin tükürpərdən sonu: "Üstünü açıb gördüm ki..." - Baku TV
