Pleyeri seçin:
Çörək sexində partlayış: xəsarət alanlar var
İyunun 26-sı saat 16:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində, Zabrat dairəsinin yaxınlığında ümumi sahəsi 130m² olan təndirxanada ilkin ehtimala əsasən qaz sızması nəticəsində partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 5 nəfər yanıq xəsarəti alıb. Onlardan 4 nəfəri 1968-ci il təvəllüdlü Gülşən Məmmədova, 1968-ci il təvəllüdlü Kəmalə Əzimova, 1986-ci il təvəllüdlü Mərdan Əhmədov, 1986-cı il təvəllüdlü Sənubər Tağıyeva Respublika Yanıq Mərkəzinə aparılıb, vəziyyətləri ağır qiymətləndirilir. 1 nəfər isə tibbi yardım göstərilməsindən imtina edib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Kopyalandı
#Zabrat qəsəbəsi teqi istifadə olunub
- Zabrat qəsəbəsində kanalizasiya problemi nə vaxt həllini tapacaq?
- “Çəkilişə icazə vermədilər, evlərə girir!” | Zabrat sakinləri niyə qorxu içində yaşayır? - Baku TV
- Sistem olmadığına görə qəbiristanlığı su basıb?
- "Ətrafı qoxu bürüyüb, qəbirlər suyun içindədir" | Zabratda dəhşətə gətirən mənzərə - Baku TV
- Zabrat qəsəbəsində kanalizasiya problemi ciddi fəsadlara səbəb oldu - Baku TV CANLI
