Pleyeri seçin:
DİN-dən yayılan dələduzluq növü ilə bağlı təcili xəbərdarlıq
Aprelin 14-də vətəndaşların bank kartlarından 13 818 manat oğurlanıb.
Məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Belə ki, ayrı-ayrı vətəndaşların bank kartlarından müxtəlif kiber üsulla 4000, 3482, 1621, 1500, 750, 650, 537, 340, 300, 220, 118 manat pul vəsaitləri oğurlanıb.
Bildirilib ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan login və şifrələr, kartın PIN kodu məxfi məlumatlardır və qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə vermək olmaz.
Daxili İşlər Nazirliyi vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edir.
Kopyalandı
#Daxili İşlər Nazirliyi teqi istifadə olunub
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
- Qaradağda məktəb direktorunun avtomobilini yandıran kim imiş? - DİN-dən məlumat - Baku TV
- Məktəbli forması ilə bağlı münaqişə yaradan 37 nəfər həbs olundu | DİN-dən açıqlama - Baku TV
- Sürücülərin nəzərinə | Paytaxtın hansı ərazilərində nəqliyyatda dəyişiklik olacaq? - Baku TV CANLI
- Paytaxtın əsas prospektlərində mümkün sıxlıqla bağlı xəbərdarlıq edildi - Baku TV
