Pleyeri seçin:
DİN: Təhlükəli hərəkət edənlər məsuliyyətə cəlb olunacaq
Sumqayıt şəhərində dəniz sahilində avtomobillə təhlükəli hərəkət edən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq məsuliyyətə cəlb edilib.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, insanların istirahət etdiyi ərazidə idarəetmə hüququ olmadan “Hyundai” markalı, 77-LT-810 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən qadın və onun həyat yoldaşı polis şöbəsinə dəvət olunub.
Məlum olub ki, avtomobil qadına sürücülük öyrədilməsi məqsədilə verilib.
Onlar izahatlarında etdiyi bu qanun pozuntusundan peşman olduqlarını bildiriblər. Hər iki şəxs barəsində qanunvericiliyə uyğun inzibati protokollar tərtib olunub.
Kopyalandı
#Sumqayıt teqi istifadə olunub
- Yararsız yollar, qaranlıq küçələr | Problem niyə həll edilmir? - Baku TV CANLI
- “Adamın ağlamağı gəlir” | Sakinlər imdad dilədi | “Çörək almaq üçün 5 küçə keçirəm” - Baku TV
- FHN Neft Təhvili Sahəsində şərti yanğının söndürülməsi əməliyyatını icra edib - Baku TV
- Sumqayıtda baş verən dəhşətli hadisə barədə təcili məlumat - Baku TV CANLI
- "Özü yandırıb, sonra qaçıb gedib" | Sumqayıtda kişi valideyninin evinə od vurdu? - Baku TV
