Pleyeri seçin:

Əhməd Əhmədovla bağlı qərar qəbul edildi | Baş Prokurorluqdan təcili açıqlama

10 oktyabr 2024 513 baxış

Məhkəmənin yekun qərarına əsasən, psixi pozuntusu olan Əhmədov Əhməd Mehman oğluna Cinayət Məcəlləsinin 95-ci maddəsində müəyyən edilmiş Psixi pozuntusu olan şəxslərə təyin edilən tibbi xarakterli məcburi tədbirlərin ən ciddi növü – ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib.

Bunu Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamından müdafiəsi üzrə şöbəsinin prokuroru Orxan Səmədov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş cinayəti anlaqsız vəziyyətdə cinayət törətmiş Əhmədov Əhməd Mehman oğlunun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat üzrə məhkəmə baxışı 10 oktyabr 2024-cü il tarixdə yekunlaşıb.

Məhkəmə baxışında Əhmədov Əhməd Mehman oğlunun əziyyət çəkdiyi şizofreniya paranoid forma, hallüsinator – paranoid sindromla təzahür edən kəskin psixotik hal diaqnozlu psixi xəstəliyin təsiri altında, anlaqsız vəziyyətdə atası Əhmədov Mehman Əhməd oğlunu, bacısı Əhmədova Elmira Mehman qızı, sonuncunun azyaşlı qızı 2021-ci il təvəllüdlü Niftəliyeva Ülviyyə Sərxan qızını, anası Əhmədova Pikə Bədəl qızını və 2015-ci il təvəllüdlü qardaşı Əhmədov Məhəmməd Mehman oğlunu qızını xüsusi amansızlıqla qəsdən öldürməsi müəyyən edilib.

Cinayət işi üzrə ibtidai istintaq zamanı 2 dəfə məhkəmə-psixiatrik ekspertizası təyin edilərək keçirilmiş və hər iki ekspert rəyi ilə Əhmədov Əhməd Mehman oğlunun ona istinad edilən cinayət əməlini törədərkən “Şizofreniya paranoid forma, hallüsinator – paranoid sindromla təzahür edən kəskin psixotik hal” növündə psixi xəstəliyindən əziyyət çəkməsi, yəni öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığı müəyyən edilib.

Eyni zamanda hal-hazırkı psixi vəziyyətinə görə Ə.M.Əhmədovun özü və ətrafdakılar üçün təhlükəli olması nəzərə alınaraq stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının olması müəyyən edilib.

Əhmədov Əhməd Mehman oğlunun məhkəmənin qərarına əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilməsi onun ümumiyyətlə azad edilməsi demək deyildir. Məhkəmənin qərarına əsasən, Əhməd Əhmədov intensiv müşahidə altında məcburi müalicə olunması üçün müvafiq ixtisaslaşdırılmış psixiatriya stasionarlarına yerləşdiriləcək.

Banner
“Həbsə girib-çıxır, olan mənə olur” | Dayıoğlu və bibioğlu arasında qalmaqallı hadisə - Baku TV

“Həbsə girib-çıxır, olan mənə olur” | Dayıoğlu və bibioğlu arasında qalmaqallı hadisə - Baku TV

Hadisə
24 oktyabr 2026 513 baxış
Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI

Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI

Hadisə
24 oktyabr 2026 513 baxış
Bakıdakı kütləvi davanın pərdəarxası: Görüş faciəyə çevrildi - Baku TV

Bakıdakı kütləvi davanın pərdəarxası: Görüş faciəyə çevrildi - Baku TV

Hadisə
24 oktyabr 2026 513 baxış
Bakıda hoteldə dəhşətli qətl | Oğlan “Günel” ləqəbli kişi ilə görüşə gedəndə isə... - Baku TV

Bakıda hoteldə dəhşətli qətl | Oğlan “Günel” ləqəbli kişi ilə görüşə gedəndə isə... - Baku TV

Hadisə
24 oktyabr 2026 513 baxış
Paytaxtda qanlı hadisə | Kafedə aləm bir-birinə dəydi - Baku TV CANLI

Paytaxtda qanlı hadisə | Kafedə aləm bir-birinə dəydi - Baku TV CANLI

Hadisə
24 oktyabr 2026 513 baxış
Qonşu kənddə işə getmişdi, amma qayıtmadı | Salyanda ölümlə nəticələnən bədbəxt hadisə - Baku TV

Qonşu kənddə işə getmişdi, amma qayıtmadı | Salyanda ölümlə nəticələnən bədbəxt hadisə - Baku TV

Hadisə
23 oktyabr 2026 513 baxış
Sosial şəbəkədə qurulan görüşlərdən biri ölümlə nəticələnib - Baku TV CANLI

Sosial şəbəkədə qurulan görüşlərdən biri ölümlə nəticələnib - Baku TV CANLI

Hadisə
23 oktyabr 2026 513 baxış
Çörəkpulu qazanmaq üçün getdiyi iş faciə ilə bitdi - Baku TV CANLI

Çörəkpulu qazanmaq üçün getdiyi iş faciə ilə bitdi - Baku TV CANLI

Hadisə
23 oktyabr 2026 513 baxış
"Tövlədə inək sağırdım" | Ordubadın kəndlərində sel fəsadları - Baku TV

"Tövlədə inək sağırdım" | Ordubadın kəndlərində sel fəsadları - Baku TV

Hadisə
23 oktyabr 2026 513 baxış
Ordubad rayonunun kəndlərində yollara və təsərrüfatlara ziyan dəydi - Baku TV

Ordubad rayonunun kəndlərində yollara və təsərrüfatlara ziyan dəydi - Baku TV

Hadisə
23 oktyabr 2026 513 baxış
Seçilmişlər
icon