Əkiz körpələr nədən öldü? | Faciənin yaranma səbəbləri nədir? - Baku TV
Paytaxtın Xətai rayonu, Əhmədli (Kənd Əhmədli) qəsəbəsində bədbəxt hadisə baş verib.
Belə ki, yerli KİV-də yayılan məlumata görə, sözügedən ünvandakı mənzillərdən birində yaşayan iki azyaşlı körpənin dəm qazından zəhərləndiyi bildirilir.
Lakin onların yaxınları bu məlumatın həqiqətə uyğun olmadığını söyləyirlər. Onlar bildiriblər ki, uşaqların ölüm səbəbi hələlik dəqiq müəyyənləşdirilməyib və bu, araşdırmalardan sonra məlum olacaq.
Qeyd olunub ki, ailənin yaşadığı fərdi yaşayış evində bir müddət əvvəl yanğın hadisəsi baş verib və bundan sonra evdə təmir işləri aparılıb.
Məlumata əsasən, bir neçə gün əvvəl aparılan təmir zamanı döşəməyə lak vurulub. Ehtimal edilir ki, ikiyaşlı əkiz uşaqlar lakdan zəhərlənərək həyatlarını itiriblər.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
#Xətai rayonu teqi istifadə olunub
- “Həyət-bacada görünən adamlar deyildi” | Oğul ananı bıçaqladı? - Qonşu danışdı - Baku TV
- Qadın bıçaqlandı, oğlu saxlanıldı | Xətaidəki dəhşətli hadisənin detalları - Baku TV CANLI
- Xətaidə oğul 51 yaşlı ananı xəstəxanalıq etdi - Baku TV
- “Yazıq balalar...” | Xətaidəki faciənin detalları | “Düşüb üstünə, yorğanın tükü boğub...” - Baku TV
- Xətaidə qorxulu yanğın | Kişini ölümə aparan hadisə necə baş verib? - Baku TV CANLI
