Pleyeri seçin:
Evin tək övladı ehtiyatsızlıq ucbatından həyatını itirdi | Cəlilabad
Cəlilabadın Uzuntəpə kəndində bədbəxt hadisə nəticəsində 3 yaşlı uşaq həyatını itirib.
Belə ki, Cahid Vahabov nəzarətdən yayınaraq qonşuluqdakı həyətə keçib. Hündür pilləkənlə evin ikinci mərtəbəsində açıq eyvana çıxan azyaşlı burada müvazinətini itirərək yerə düşüb.
Şahidlərin dediyinə görə, təxminən 5 metr hündürlükdən yıxılan uşaq dəmir parçasının üstünə düşüb.
Xəsarət alan azyaşlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, həyatını itirən uşaq evin tək övladı olub.
Kopyalandı
#Cəlilabad teqi istifadə olunub
- "Bura Cənubi Qafqazın Mesopotamiyasıdır" | Cəlilabadda İlk Tunc dövrünə aid nümunələr tapıldı
- “Onda canla-başla kömək edərəm ki...” - Əhalinin etirazına bələdiyyə sədri nə cavab verdi? - Baku TV
- Cəlilabadda illərdir hökm sürən yol problemi niyə həll edilmir? - Baku TV CANLI
- “Evimi satım ki, “turba” alacağam?!” | Sakinlər etiraz etdi | “Çör-çöplə yemək bişiririk” - Baku TV
- “Kənddə qalanların çoxu köçdü, getdi” | Bir vaxtlar 40 ev olan kənd niyə bu qədər boşalıb?
