FHN rəsmisi: Partlayış baş verən çəndən neft boşaldılır
“Bu gün saat 11:16-da Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda yanğın baş verməsi haqqında Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub”.
Bunu FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Rza Xudiyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, hazırda yanan kürə tipli neft çənidir. Həcmi 600 litrdir.
“Kürənin üst hissəsində nəfəsalma klapanları var. Həmin klapanlar da benzindir. Benzin məhsulunun parları çıxaraq alışır. Hazırda çənin içərisində 60 faiz məhlul var. Mütəxəssislər tərəfindən neftin çəkilməsi prosesi gedir. Çəkilmə prosesi isə saatda 25 tona bərabərdir. Bu proses təxminən 6-7 saat çəkəcək. Tərəfimizdən yanan çənin və qonşu çənlərin soyudulması həyata keçirilir. Yanğın ərazisində 25 əsas və xüsusi texnika fəaliyyət göstərir. 100-dən çox şəxsi heyət yanğının söndürülməsinə cəlb edilib”, – deyə FHN rəsmisi qeyd edib.
#Sumqayıt teqi istifadə olunub
- Sumqayıtda ölümlə nəticələnən hadisə | Hərbçi həlak oldu - Baku TV CANLI
- “Kafedən qayıdanda vurub” | Sumqayıt sakinləri dəhşətli hadisəni anbaan danışdı - Baku TV
- Yararsız yollar, qaranlıq küçələr | Problem niyə həll edilmir? - Baku TV CANLI
- “Adamın ağlamağı gəlir” | Sakinlər imdad dilədi | “Çörək almaq üçün 5 küçə keçirəm” - Baku TV
- FHN Neft Təhvili Sahəsində şərti yanğının söndürülməsi əməliyyatını icra edib - Baku TV
