Gəlinimin başına "siqnal çatmır" | Goranboyda valideyn məktəbə bıçaqla hücum etdi
Məktəbdə valideyn müəllimə xəsarət yetirib.
Hadisə Goranboyun Hazırəhmədli kənd orta məktəbində qeydə alınıb. Məktəbə gələn Əfsanə Rzayeva iddialara görə, övladını döyməyə cəhd edib, bu zaman müəllim onu qorumaq istərkən qadın sinif rəhbərinə xəsarət yetirib.
“5 dəfə narkoz alıb. Bir az xəstə idi. İşə getmişdik, xəbər gəlib ki, başı pozulub. Apardıq xəstəxanaya. Dedilər, müalicə olunur, yaxşı olacaq. 3 balası var, 22 yaşındadır”, − xəsarət yetirən şəxsin qayınanası deyib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən isə bildirilib ki, məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım xidmətinə və hüquq-mühafizə orqanlarına məlumat verilib:
“Müəllimə müvafiq tibbi yardım göstərilib. Şagirdin valideyninin uyğunsuz davranışı ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Qeyd edirik ki, şagirdin psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Təhsil müəssisəsinin psixoloqu tərəfindən profilaktik tədbirlərin həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verilib”.
#Goranboy rayonu teqi istifadə olunub
- Goranboyda silah anbarı yandı | Sakinlər ərazidən təhlükəsiz çıxarıldı - 24 SAAT
- "Biz başa düşənə qədər hamısı gəldi" | Goranboydakı qorxulu hadisə barədə detallar - Baku TV
- Ölüləri niyə gecə dəfn edirdilər? - KƏNDİNƏ QAYIT
- 300 nəfərlik gizli "WhatsApp" qrupu kəndi necə dəyişir? - KƏNDİNƏ QAYIT
- Qadının meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib - Baku TV
