Hadisə
Pleyeri seçin:
Gəncədə dava qanla bitdi
Gəncədə baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Şəhər sakini 37 yaşlı Vasif Həsənov yaşadığı evin yaxınlığında tanışı 28 yaşlı Yaqub Həsənov tərəfindən bıçaqlanıb. Aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilən yaralını xilas etmək mümkün olmayıb.
Məlumata görə, hər iki şəxs yas çadırlarının kirayə verilməsi fəaliyyəti ilə məşğul olub. Aralarındakı dava da bu işlə bağlı yaranmış borc üstündə başlayıb.
Hadisədən dərhal sonra Yaqub Həsənov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və iş üzrə şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Kopyalandı
Seçilmişlər