Pleyeri seçin:
Gəncədə yanan bazardan ən son görüntülər
Gəncədə bazarda yanğın olub.
Belə ki, şəhərin Mahrasa bağı qəsəbəsində yerləşən bazarda qəfildən yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürmə maşını və canlı qüvvəsi cəlb olunub.
İlkin məlumata görə, yanğın səhər saat 05:00 radələrində süd məhsulları satılan rəfdə baş verib. Həmin ərazidə olan soyuducular və məhsullar yanaraq yararsız hala düşüb. Yanğınsöndürənlər alovun digər rəflərə keçməsinin qarşısını alıb.
Hələlik hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. İlkin versiyaya görə, yanğına elektrik xətlərindəki qısaqapanma səbəb olub.
Kopyalandı
