Hadisə
Pleyeri seçin:
Göldə batan kişinin meyiti belə çıxarıldı | Kürdəmirdə dəhşətli hadisə
Kürdəmir sakini göldə batıb.
Belə ki, rayonun Mürtülü kənd sakini 50 yaşlı Mahmudov Vasif Ələddin oğlu oğlu ərazidə iribuynuzlu mal-qaranı otararkən heyvanlardan biri gölə girib. O, heyvanı göldən çıxarmaq üçün suya girməyə qərar verib. Bu zaman kişi özü boğularaq ölüb.
Onun meyiti Fövqəladə Hallar Nazirliyinin Aran dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.
Kopyalandı
Seçilmişlər