Hadisə
Pleyeri seçin:

Göyçayda dəhşətli hadisə | Ata qətlə yetirildi

30 aprel 2024

Göyçayda dəhşətli hadisə baş verib. Oğul atasını döyərək qətlə yetirib.

Hadisə aprelin 29-da axşam saatlarında rayonun Qaraxıdır kəndində yerləşən aptekin qarşısında qeydə alınıb.

Belə ki, kənd sakini Kamal Əhmədov aralarında yaranan mübahisə zəmnində atası 63 yaşlı Eynulla Əhmədova yumruqla zərbə endirib. Ağır bədən xəsarəti alan Eynulla Əhmədov elə hadisə yerində dünyasını dəyişib.

Əraziyə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə təhvil verilib.

Baş vermiş hadisə ilə bağlı Göyçay rayon prokurorluğu məlumat yayıb. Bildirilib ki, aprelin 29-da saat 21 radələrində Göyçay sakini 1961-ci il təvəllüdlü Eynulla Əhmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1989-cu il təvəllüdlü Kamal Əhmədovun rayonun Qaraxıdır kəndində atası Eynulla Əhmədovu döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi səbəbindən sonuncunun aldığı xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə cinayət işi başlanılıb.

Kamal Əhmədov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Bakıda dəhşətə gətirən hücum | Saxlanılan şəxs barədə DİN-dən açıqlama

Bakıda dəhşətə gətirən hücum | Saxlanılan şəxs barədə DİN-dən açıqlama

Hadisə
20 may 2024
Cəlilabadda bıçaqlanma hadisəsi | Saxlanılanlar var

Cəlilabadda bıçaqlanma hadisəsi | Saxlanılanlar var

Hadisə
20 may 2024
Şamaxıda sel həyatı iflic etdi

Şamaxıda sel həyatı iflic etdi

Hadisə
20 may 2024
Ağsuda yolun çökməsi nəqliyyatın hərəkətində problemlər yaratdı

Ağsuda yolun çökməsi nəqliyyatın hərəkətində problemlər yaratdı

Hadisə
20 may 2024
Bakıda iki avtobus bir-biri ilə toqquşdu

Bakıda iki avtobus bir-biri ilə toqquşdu

Hadisə
20 may 2024
Ər həyat yoldaşını qətlə yetirdi | Yevlaxda dəhşətli hadisə

Ər həyat yoldaşını qətlə yetirdi | Yevlaxda dəhşətli hadisə

Hadisə
20 may 2024
Göyçayda ağır motosiklet qəzası | Xəsarətalan var

Göyçayda ağır motosiklet qəzası | Xəsarətalan var

Hadisə
19 may 2024
Tovuzda bədbəxt hadisə | Ailənin 3 üzvü zəhərləndi

Tovuzda bədbəxt hadisə | Ailənin 3 üzvü zəhərləndi

Hadisə
19 may 2024
Paytaxtın mərkəzində sex yandı | FHN yanğın baş verən ərazidə

Paytaxtın mərkəzində sex yandı | FHN yanğın baş verən ərazidə

Hadisə
19 may 2024
Göygöldə çayda batan yeniyetmənin qohumları hadisənin təfərrüatını danışdı

Göygöldə çayda batan yeniyetmənin qohumları hadisənin təfərrüatını danışdı

Hadisə
19 may 2024
Seçilmişlər
icon