Hadisə
Pleyeri seçin:

İkisi də narkotik qəbul edirdi, amma... | Bakıda tələbənin qətlinin detalları

13 avqust 2024

2023-cü il iyunun 24-də Bakı şəhər sakini 20 yaşlı Hikmət Kərimov bıçaq yaraları ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb və orada həyatını itirib. Onun bədən səthində 3 ədəd bıçaq yarası aşkar edilib. Zərbələr onun sol ağciyərini və qarnını zədələyib.

KİV-də yayılan məlumatlara əsasən, vəfat edən Hikmət Kərimov İdman Akademiyasının 2-ci kurs tələbəsi olub. Bir-iki ay əvvəl telefon alqı-satqısı mağazasında işləməyə başlayıb. Polis həmin gecə hadisəni törətməkdə şübhəli bilinən Bakı sakini 18 yaşlı Fateh Məmmədovu saxlayıb. Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci – qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb.

İstintaqla müəyyən edilib ki, iyunun 23-ü saat 22 radələrində Fateh Məmmədov İsmayıl Hidayətzadə küçəsində tanışları ilə birlikdə dayanan zaman Hikmət Kərimovun ərazidən keçdiyini görüb. Bir gün əvvəl aralarında yaranmış sözlü mübahisə zamanı Kərimovun ünvanına işlətdiyi söyüşü bəhanə edərək, ona dayanmasını bildirib. Üzərində gəzdirdiyi məişət təyinatlı bıçağı çıxarıb, ictimai yerdə tanışının bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr endirib. Bu hərəkəti ilə Fateh Məmmədov zərərçəkmişi qəsdən öldürüb.

İş üzrə dindirilmiş Fateh Məmmədov bildirib ki, qonşuluqda yaşayan Hikmət Kərimovla münasibəti yaxşı olub. Hər ikisi narkotik vasitələrdən istifadə edib. Axırıncı dəfə Hikmətlə hadisədən bir gün əvvəl, saat 23 radələrində məhəllədə görüşüb. Marixuana çəkəndən sonra narkotik vasitənin qalan hissəsini öz cibinə qoyub. Hikmət bunu hörmətsizlik kimi qəbul edərək, onu söyüb, çıxıb getməyini tələb edib və boğazından tutub, itələyib.

İyunun 23-də Hikmətlə görüşərək, söhbətə aydınlıq gətirmək istəyib. Evdən çıxanda mətbəx bıçağını götürüb. Hikmətin saat 22 radələrində işdən evə gəldiyini bildiyi üçün təxminən 1 saat onun yaşadığı məhəllənin girişində dayanıb. Hikmətin gəldiyini gördükdə bıçağı çıxarıb üzərinə gedib və ona zərbələr vurub. Tanışları araya girib onları ayırmağa çalışıblar. Hikmət əlindən çıxaraq qaçıb, ancaq qısa məsafədən sonra yerə yıxılıb.

Zərərçəkmiş şəxsin hüquqi varisi İlham Kərimov ifadəsində göstərib ki, oğlu Hikmət idmançı olub, heç vaxt narkotik vasitələr qəbul etməyib. Mümkün deyil ki, o, Fateh Məmmədova narkotik maddə versin və aralarında bununla bağlı dava baş versin.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsi bağışlamadığını və ona qanunamüvafiq cəza təyin edilməsini xahiş edib.

Son sözündə Fateh Məmmədov əməlindən peşman olmasını bildirib. Lakin sonrakı peşmanlığı fayda verməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum olunub. 

Seysmoloji Xidmət Mərkəzi təcili məlumat yaydı | Lökbatanda hadisə

Seysmoloji Xidmət Mərkəzi təcili məlumat yaydı | Lökbatanda hadisə

Hadisə
18 sentyabr 2024
Keçmiş arvadını amansızlıqla qətlə yetirdi | Qandonduran hadisənin təfərrüatı

Keçmiş arvadını amansızlıqla qətlə yetirdi | Qandonduran hadisənin təfərrüatı

Hadisə
18 sentyabr 2024
Bakıda kütləvi dava | Tələbəyə 5 xəncər zərbəsi endirildi

Bakıda kütləvi dava | Tələbəyə 5 xəncər zərbəsi endirildi

Hadisə
18 sentyabr 2024
Marketdəki bu görüntülər gündəmi silkələdi | AQTA-dan hadisə ilə bağlı açıqlama

Marketdəki bu görüntülər gündəmi silkələdi | AQTA-dan hadisə ilə bağlı açıqlama

Hadisə
17 sentyabr 2024
Abşeronda polislər təcili əməliyyat keçirdi | 29 nəfər isə...

Abşeronda polislər təcili əməliyyat keçirdi | 29 nəfər isə...

Hadisə
17 sentyabr 2024
Son dəqiqə | Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib

Son dəqiqə | Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib

Hadisə
17 sentyabr 2024
Balakən dağlarında əməliyyat | Silahlı şəxslərin əməlləri ortaya çıxdı

Balakən dağlarında əməliyyat | Silahlı şəxslərin əməlləri ortaya çıxdı

Hadisə
17 sentyabr 2024
Film kimi hadisə | Azərbaycanda silsilə oğurluq törədənlərin anbaan görüntüləri

Film kimi hadisə | Azərbaycanda silsilə oğurluq törədənlərin anbaan görüntüləri

Hadisə
17 sentyabr 2024
Vəkil Elman Paşayevin saxlanılma anı | Rusiya İstintaq Komitəsindən görüntülər

Vəkil Elman Paşayevin saxlanılma anı | Rusiya İstintaq Komitəsindən görüntülər

Hadisə
17 sentyabr 2024
İnsanlara yalan vədlər verənlərə cinayət işi açıldı | Baş Prokurorluqdan vacib açıqlama

İnsanlara yalan vədlər verənlərə cinayət işi açıldı | Baş Prokurorluqdan vacib açıqlama

Hadisə
17 sentyabr 2024
Seçilmişlər
icon