Hadisə
Pleyeri seçin:

Instagram-da tanış olub yatağına girdiyi qızın qatili oldu - SONUNCU ŞAHİD

26 aprel 2024

Kişi “İnstagram”da tanış olub birlikdə yaşadığı qadını qətlə yetirib.

Belə ki, turizm şirkətlərindən birində çalışan Ayan (Adlar şərtidir) “İnstagram”da tanış olduğu Tahir adlı şəxslə görüşməli idi. Tahir ona özünü İT mütəxəssis kimi təqdim etmişdi.

Ayan işdən sonra Tahirlə restoranda görüşür. Tahir Ayana qarşı hisslərinin ciddi olduğunu deyir. Elə Ayanın da Tahiri bəyənməsi aralarında sevgi macərasının başlanğıcına səbəb olur. Bu görüşdən sonra Ayan axşam Tahiri evinə dəvət edir və onlar intim münasibətdə olurlar.

Növbəti günün səhəri Tahir işinə, yəni avtoservisə gedir. Sadə işçi işlədiyi bu emalatxanada Ayandan gizlətdiyi gündəlik həyatını yaşayırdı. Ayan istirahət günü olduğu üçün işə getmədi, Tahiri səbirsizliklə gözləyirdi.

Tahir işdə boş vaxt tapan kimi ona sevgi mesajları yazırdı. Həmin axşam Tahir yenidən Ayangilə gedir. Ofis işindən çox yorulduğunu və kompüterdə müəyyən proqramlar yazdığını deyir. Ayan isə onun yalanlarına inanır, ona getdikcə daha çox bağlanır. Onlar bir neçə həftə idi ki, qeyri-rəsmi ailə münasibətlərində idilər.

Bir gün Tahir Ayanın çarpayısının altında pul görür. O, pulun nə üçün olduğunu soruşduqda Ayan “Maşın almağa pul yığıram” cavabını verir və dərhal pulu onun əlindən alıb geri qoyur. Beləliklə, bu pul Tahirin beynində başqa qığılcımlar oyadır.

Ertəsi gün işdə Tahir yalnız bu pul haqqında düşünür, Ayanın pulu öz zəhməti ilə yığdığını dərk etsə də, bu fikir ona rahatlıq vermir. Nahar vaxtı iş yoldaşı ilə söhbət edərkən “Kasıb yaşamaqdan bezmişəm” deyir. Həmkarı isə “Varlanmaq üçün risk etmək lazımdır” deyir və bu sözlər Tahiri Ayanın yığdığı pullar barədə yenidən düşünməyə vadar edir.

Gecə yarısı onlar şəhərin gecə klublarından birinə gəlirlər, içki içib rəqs edirlər. Daha sonra evə qayıdırlar. Tahir əvəldən planlaşdırdığı kimi naqillə Ayanı boğaraq qətlə yetirir və onun maşın almaq üçün yığdığı pulu oğurlayaraq evdən qaçır.

Cəlilabadda bədbəxt hadisə | 18 yaşlı itkin düşən oğlanın ailəsi danışdı

Cəlilabadda bədbəxt hadisə | 18 yaşlı itkin düşən oğlanın ailəsi danışdı

Hadisə
06 may 2024
Ramanadakı qandonduran qətlin təfərrüatı | Qonşular hər şeyi danışdı

Ramanadakı qandonduran qətlin təfərrüatı | Qonşular hər şeyi danışdı

Hadisə
06 may 2024
Vətəndaşlara xəbərdarlıq | Yasamalda taksi sürücülərini aldadan və motosiklet oğurlayanlar

Vətəndaşlara xəbərdarlıq | Yasamalda taksi sürücülərini aldadan və motosiklet oğurlayanlar

Hadisə
06 may 2024
Ağdərədə vacib araşdırma başlanıldı | Baş Prokurorluqdan məlumat

Ağdərədə vacib araşdırma başlanıldı | Baş Prokurorluqdan məlumat

Hadisə
06 may 2024
Narkotik satıcıları ələ keçdi | DİN-dən anbaan görüntülər

Narkotik satıcıları ələ keçdi | DİN-dən anbaan görüntülər

Hadisə
06 may 2024
İranlı ilə əlbir işləyən sakinlərin "Bakı planı" ifşa olundu

İranlı ilə əlbir işləyən sakinlərin "Bakı planı" ifşa olundu

Hadisə
06 may 2024
Ağdaşda tikinti mağazası yanıb | FHN hadisə yerində

Ağdaşda tikinti mağazası yanıb | FHN hadisə yerində

Hadisə
06 may 2024
Bakıda ağır qəza | Taksinin xanım sərnişini xəsarət aldı

Bakıda ağır qəza | Taksinin xanım sərnişini xəsarət aldı

Hadisə
06 may 2024
Kürdəmirdə yağan yağış ciddi fəsadlar törətdi

Kürdəmirdə yağan yağış ciddi fəsadlar törətdi

Hadisə
06 may 2024
Məşhur müğənni ağır qəza törətdi | Şəmkirdə hadisə

Məşhur müğənni ağır qəza törətdi | Şəmkirdə hadisə

Hadisə
05 may 2024
Seçilmişlər
icon