Pleyeri seçin:

İrandan gətirilən narkotiklər, silahlı narkotacirlər saxlanıldı

25 aprel 2023 457 baxış

Xətai rayonunda narkotik vasitələrin satışını təşkil edən və üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib.

Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı əvvəlcə paytaxt sakini Aqil Məmmədov və Xalidə Bayramova narkotiklərin satışında şübhəli bilindikləri üçün saxlanılıblar. Onlardan 3 kiloqramdan artıq heroin aşkar edilib.

Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədilə əldə etdiklərini bildiriblər.

İdarə əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı isə rayon ərazisində metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında yerləşən mənzillərdən birində “tiryəkxana” təşkil edən Kamal Ələkbərov və həmin evdə narkotik vasitələr qəbul edən daha 6 nəfər saxlanılıb. Araşdırma zamanı ev sahibinin yaşadığı ünvanda narkotik vasitə aludəçilərinə psixotrop maddə olan metamfetamin qəbul etmək üçün şərait yaratdığı müəyyən edilib.

Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyat zamanı isə narkotiklərin satışı ilə məşğul olan və üzərində qanunsuz olaraq silah saxlayan paytaxt sakini Elçin Hüseynov saxlanılıb. Ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha aid daraq, 29 ədəd patron və 1 kiloqrama yaxın satış məqsədilə əldə etdiyi heroin aşkar edilib. Elçin Hüseynov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədilə özündə saxladığını bildirib.

Banner
Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV

Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV

Hadisə
23 oktyabr 2026 457 baxış
Paytaxtda çoxmənzilli binanın tavanı uçdu | Mənzillər dağıldı - 24 SAAT

Paytaxtda çoxmənzilli binanın tavanı uçdu | Mənzillər dağıldı - 24 SAAT

Hadisə
22 oktyabr 2026 457 baxış
Bakıda qəzalı binada tavan uçdu, mənzillər dağıldı - Baku TV

Bakıda qəzalı binada tavan uçdu, mənzillər dağıldı - Baku TV

Hadisə
22 oktyabr 2026 457 baxış
Buzovna qəsəbəsində azyaşlı faciəvi şəkildə həyatını itirib - ƏSAS XƏBƏR

Buzovna qəsəbəsində azyaşlı faciəvi şəkildə həyatını itirib - ƏSAS XƏBƏR

Hadisə
22 oktyabr 2026 457 baxış
Faktla bağlı araşdırma aparılır

Faktla bağlı araşdırma aparılır

Hadisə
22 oktyabr 2026 457 baxış
"Dedik, bəlkə, dükana tərəf gedib…" | Diqqətsizlik dəhşət yaşatdı - Azyaşlı kanalda həyatını itirdi

"Dedik, bəlkə, dükana tərəf gedib…" | Diqqətsizlik dəhşət yaşatdı - Azyaşlı kanalda həyatını itirdi

Hadisə
22 oktyabr 2026 457 baxış
Kürdəmirdə minlərlə sakin su axtarışında: problem nə vaxt həll olunacaq? - Baku TV CANLI

Kürdəmirdə minlərlə sakin su axtarışında: problem nə vaxt həll olunacaq? - Baku TV CANLI

Hadisə
22 oktyabr 2026 457 baxış
Əqrəblər Bakıda 2 nəfəri xəstəxanalıq etdi: Mütəxəssislərdən təcili xəbərdarlıq - Baku TV CANLI

Əqrəblər Bakıda 2 nəfəri xəstəxanalıq etdi: Mütəxəssislərdən təcili xəbərdarlıq - Baku TV CANLI

Hadisə
22 oktyabr 2026 457 baxış
Tikinti və təmir vədi ilə bağlı milyonluq işdə şirkət rəhbəri saxlanıldı - 24 SAAT

Tikinti və təmir vədi ilə bağlı milyonluq işdə şirkət rəhbəri saxlanıldı - 24 SAAT

Hadisə
21 oktyabr 2026 457 baxış
Xalçalarını təmizlik üçün şirkətə verən vətəndaşların başına nə gəldi? - Baku TV CANLI

Xalçalarını təmizlik üçün şirkətə verən vətəndaşların başına nə gəldi? - Baku TV CANLI

Hadisə
21 oktyabr 2026 457 baxış
Seçilmişlər
icon