İtkin düşən gənclər haradadır?
İsmayıllıda itkin düşən Ağaverdi Xəlilov və Aytac Mayılova haqqında bəzi təfərrüatlar məlum olub.
İtkin düşdüyü deyilən İsmayıllı rayon Kürdmaşı kənd sakini Ağaverdi Xəlilovun atası Tofiq Xəlilov bəzi məqamlara aydınlıq gətirib.
Məlum olub ki, itkin düşən şəxslər İsmayıllı Dövlət Texnologiya Kollecində tələbə olarkən tanış olublar. Atasının dediyinə görə, hər iki şəxsin 19 yaşı var və oğlan bir neçə dəfə evdə anasına sevdiyi qız olduğunu, onunla eyni kollecdə təhsil aldığını bildirib.
Tofiq Xəlilovun sözlərinə görə, hadisədən bir gün qabaq oğlan evdə hamı ilə birgə yemək yeyib və yatmaq adı ilə öz otağına keçib. Sonra məlum olub ki, o, gecə saat 3-4 radələrində evdən çıxaraq Aytac Mayılova ilə birlikdə Bakı istiqamətində hərəkət edib.
Məsələ ilə bağlı qızın ailəsi münasibət bildirməkdən imtina edib.
Qeyd edək ki, hər iki gəncin kollecdən xaric edildiyi bildirilir. Hazırda faktla bağlı araşdırma aparılır.
#İsmayıllı teqi istifadə olunub
- İsmayıllıda faciəvi qəzanın detalları | Bir nəfər ölüb, iki nəfər xəsarət alıb - Baku TV
- İsmayıllıda minik avtomobili ilə yük avtomobili toqquşub: ölən və yaralananlar var - Baku TV CANLI
- Baş Prokurorluğun təşkilatçılığı ilə İsmayıllıda silsilə tədbirlər keçirildi - Baku TV
- Basqal-Sulut avtomobil yolu çökdü - Baku TV
- "Bilmirəm ki, qışı necə yola verəcəyik" - Əhali imdad diləyir: “Bura yarandığı gündən...” - Baku TV
