Pleyeri seçin:
Kürdəmirdə bədbəxt hadisə: sakinlər ciddi problem yaşadı
Kürdəmirin Topalhəsənli kəndində rayon ərazisini içməli su ilə təmin edən Külüllü-Kürdəmir magistral su xətti partlayıb.
Hadisə noyabrın 24-ü səhər saatlarında baş verib. Nəticədə rayon mərkəzinə və rayona yaxın 12 kəndə içməli suyun verilişi dayandırılıb.
Qəzanın fəsadlarının aradan qaldırılması üçün Azərsu Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları əraziyə cəlb olunub.
Qeyd edək ki, ümumi uzunluğu 29 km olan Külüllü-Kürdəmir magistral su xətti 2011-ci ildə dövlət hesabına “Azərsu” ASC tərəfindən inşa olunub.
Kopyalandı
#Kürdəmir teqi istifadə olunub
- Kürdəmirdə magistral su xəttinin partlaması 6 kəndi susuz qoydu - Baku TV
- Kürdəmirdə minlərlə sakin su axtarışında: problem nə vaxt həll olunacaq? - Baku TV CANLI
- Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü - Baku TV
- Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü - Baku TV CANLI
- Kürdəmirdə yolda yuxuluyan sürücünün hərəkəti faciəyə səbəb oldu - Baku TV CANLI
