Pleyeri seçin:

Məşhur xəstəxananın cərimələnməsinin səbəbi | Baş Prokurorluqdan vacib açıqlama

05 fevral 2025 616 baxış

"Qusar Rayon Mərkəzi Xəstəxanası" PHŞ (publik hüquqi şəxs) tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Məlumata görə, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 1 nəfərin xəstəxanada müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda PHŞ barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə publik hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

Eyni zamanda PHŞ-nin direktoru Kamil Hacıyev barəsində həmin Məcəllənin eyni maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Quba-Xaçmaz regional şöbəsinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 3 min manat məbləğində inzibati cərimə edilib.

Banner

#Qusar Rayon Mərkəzi Xəstəxanası teqi istifadə olunub

"Baksol"da gəncin kanalizasiyaya düşərək ölməsində təqsirləndirilən şəxsə hökm oxundu - Baku TV

"Baksol"da gəncin kanalizasiyaya düşərək ölməsində təqsirləndirilən şəxsə hökm oxundu - Baku TV

Hadisə
19 noyabr 2026 616 baxış
SSRİ bayrağı ilə yürüşə cəhd edənlər barəsində hansı qərar verildi? - Baku TV

SSRİ bayrağı ilə yürüşə cəhd edənlər barəsində hansı qərar verildi? - Baku TV

Hadisə
19 noyabr 2026 616 baxış
BDU-nun dosenti Nərman Süleymanov faciəvi şəkildə vəfat etdi - Baku TV

BDU-nun dosenti Nərman Süleymanov faciəvi şəkildə vəfat etdi - Baku TV

Hadisə
19 noyabr 2026 616 baxış
Badamdar sakinləri təşviş içində | Sürüşmə baş verən ərazidə yaşamaq risklidir - Baku TV

Badamdar sakinləri təşviş içində | Sürüşmə baş verən ərazidə yaşamaq risklidir - Baku TV

Hadisə
19 noyabr 2026 616 baxış
Paytaxtda törədilən qətllə bağlı yeni və diqqətçəkən məlumatlar məlum olub - Baku TV

Paytaxtda törədilən qətllə bağlı yeni və diqqətçəkən məlumatlar məlum olub - Baku TV

Hadisə
19 noyabr 2026 616 baxış
Dələduzluqda ittiham olunan şəxs niyə həbsə göndərilmədi? - Baku TV

Dələduzluqda ittiham olunan şəxs niyə həbsə göndərilmədi? - Baku TV

Hadisə
19 noyabr 2026 616 baxış
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatın nəticələri açıqlanıb - Baku TV

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatın nəticələri açıqlanıb - Baku TV

Hadisə
19 noyabr 2026 616 baxış
Bakıda marketdə arvadını döyən kişi ilə bağlı məhkəmə qərar verdi - Baku TV

Bakıda marketdə arvadını döyən kişi ilə bağlı məhkəmə qərar verdi - Baku TV

Hadisə
18 noyabr 2026 616 baxış
Bakıdakı qandonduran qətlin təfərrüatı

Bakıdakı qandonduran qətlin təfərrüatı

Hadisə
18 noyabr 2026 616 baxış
23 yaşlı Gülarənin qətli barədə dəhşətə gətirən detallar - Baku TV CANLI

23 yaşlı Gülarənin qətli barədə dəhşətə gətirən detallar - Baku TV CANLI

Hadisə
18 noyabr 2026 616 baxış
Seçilmişlər
icon