Mikroavtobus yük maşınına çırpıldı: ölən və yaralananlar var
Kürdəmirdə ağır yol qəzası baş verib. Hadisə Bakı-Qazax magistral yolunun rayonun Karrar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 60 yaşlı Qaraşov Camal Cəmil oğlunun idarə etdiyi “Mercedes Sprinter” markalı mikroavtobus 54 yaşlı Osmanov Rahim Qurban oğlunun idarə etdiyi və mişar daşı ilə dolu “Kamaz” markalı yük maşınına çırpılıb.
Nəticədə mikroavtobusda olan sərnişinlərdən Həmidə Quliyeva və adı hələlik məlum olmayan daha bir nəfər hadisə yerində dünyasını dəyişib, daha 8 nəfər – Quliyev Fəxrəddin Məhəmmədhəsən oğlu, Quliyev Elgün Rəhbər oğlu, Məmmədova Zeynəb Mübariz qızı, Quliyeva Zəhra Vüqar qızı, Quliyev Məhəmməd Vüqar oğlu, Quliyeva Qələmnaz Vüqar qızı, Əliyev İlqar Gəray oğlu və Mehdiyev Eldəniz Zahid oğlu müxtəlif dərəcəli xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Baş vermiş yol qəzası ilə bağlı hazırda araşdırma aparılır. Hadisənin hansı səbəbdən baş verdiyi dəqiqləşdirilir.
#Kürdəmir teqi istifadə olunub
- Kürdəmirdə 7 otaqlı ev yanaraq külə döndü - Baku TV
- İşıqlandırılmayan yolda növbəti qəza | Yaralılar var - Baku TV CANLI
- İşıqlandırılmayan yolda növbəti qəza | Avtomobil aşdı, 5 nəfər xəstəxanalıq oldu - Baku TV
- "Su ehtiyatımız yoxdur" | Sakinlər su xəttində yaranan problemlərdən təngə gəliblər - Baku TV
- "55-60 min ziyan dəyib" | Dəhşətli anlar | Mağaza niyə yanıb kül oldu? - Baku TV
