Mingəçevirdə dəhşətli hadisə | Bağçanın həyətində 39 yaşlı qadını əri bıçaqladı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevirdə 39 yaşlı qadın bıçaqlanıb.
Hadisə səhər saatlarında şəhər ərazisində fəaliyyət göstərən 4 saylı bağçanın həyətində baş verib. Kəsici-deşici alətdən xəsarət alan qadın xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, hadisəni törətməkdə onun həyat yoldaşı şübhəli bilinir.
“Qonşular dedilər ki, burada bıçaqlanma olub. Uşaqlar travma alırlar. Belə hadisələr baş verəndə bağçaya getmək istəmirlər. Xoşun gəlmir, boşa, camaatın balasını niyə bıçaqlayırsan?!”, – deyə sakin bildirib
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından qeyd edilib ki, 1987-ci il təvəllüdlü qadın oktyabrın 5-də saat 09:00 radələrində Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Pasiyentə döş qəfəsinin sol kürək nahiyəsinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Ona zəruri tibbi yardım göstərilib. Hazırda müalicəsi müvafiq şöbədə davam etdirilir və vəziyyəti stabil qiymətləndirilir.
Qeyd edək ki, həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən 46 yaşlı Qasım Quliyev könüllü şəkildə polisə təslim olub. Faktla bağlı araşdırma aparılır.
#Mingəçevir teqi istifadə olunub
- Mingəçevirdə mənzildən kişi meyiti tapılıb | Hadisənin səbəbləri araşdırılır - Baku TV
- Mingəçevirdə dəhşət: Yaşayış binasında meyit aşkarlandı - 24 SAAT
- 40 yaşlı hərbçinin evində nə baş verib? - Baku TV CANLI
- Faciə: 42 yaşlı kişinin müəmmalı sonu | “Allaha and olsun, həmişə deyirdim ki...” - Baku TV
- Mingəçevirdə qanlı hadisə | 42 yaşlı kişini canından edən nə oldu? - Baku TV CANLI
