Nələri satmaq qanunsuzdur? | DİN Bakıda əməliyyat keçirdi
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının mayın 2-də Əmircan, Bülbülə, Qaraçuxur və digər ərazilərində keçirdikləri tədbirlərlə 5 obyektdən xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan 162 ədəd kəsici-deşici alət aşkar olunaraq götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən də Yeni Günəşli qəsəbəsində yerləşən mağazalardan birindən 73 ədəd soyuq silah hesab edilən bıçaq aşkarlanaraq götürülüb.
Analoji tədbirlər polis əməkdaşları tərəfindən paytaxtın Nərimanov və Xəzər rayonlarında da həyata keçirilib.
Qeyd edilən rayonların ərazisində yerləşən 4 mağazadan 126 ədəd insan sağlamlığına xəsarət yetirmək təyinatına malik bıçaq və digər kəsici alətlər götürülüb.
Maddi sübut kimi götürülən həmin silahlarla bağlı ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.
#Daxili İşlər Nazirliyi teqi istifadə olunub
- Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI
- Bakıdakı kütləvi davanın pərdəarxası: Görüş faciəyə çevrildi - Baku TV
- Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
- Qaradağda məktəb direktorunun avtomobilini yandıran kim imiş? - DİN-dən məlumat - Baku TV
