Pleyeri seçin:
Nərimanovda qorxulu partlayışın baş verdiyi evdən görüntülər
Bakının Nərimanov rayonunda, Ceyhun Hacıbəyli küçəsində yerləşən fərdi yaşayış evində qorxulu partlayış hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) ilkin ehtimalına görə, hadisə mətbəxdəki qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan güclü partlayışla nəticələnib. Partlayış dalğasının təsirindən yaşayış evinə ciddi ziyan dəyib. Təəssüf ki, hadisə nəticəsində bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Hazırda FHN-in qüvvələri ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçirir və araşdırma davam edir.
Kopyalandı
