“Öldüyünü iki saat sonra xəbər verdilər” | Gənc ana faciəvi şəkildə həyatını itirdi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkirdə qadın abort zamanı həyatını itirib.
Hadisə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Məlumata görə, Şəmkir şəhər sakini, 35 yaşlı Yeganə Əhmədova hamiləliyini sonlandırmaq üçün rayonda fəaliyyət göstərən özəl tibb müəssisəsinə müraciət edib. Burada aparılan terapevtik və cərrahi müdaxilə zamanı vəziyyəti ağırlaşan qadın Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Ailə üzvləri iddia edirlər ki, Yeganə Əhmədovanın ölümünə həkim səhlənkarlığı səbəb olub.
Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, noyabrın 20-də saat 13:00 radələrində 1991-ci il təvəllüdlü qadın pasiyent abort əməliyyatından sonra ağır vəziyyətdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanaya daxil olarkən pasiyentin nəbzi və arterial təzyiqi müəyyən edilməyib. Aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, üçüncü hamiləliyini yaşayan qadının 3 və 6 yaşlı iki oğlu var.
#Şəmkir teqi istifadə olunub
- Şəmkirdə gənc ananın ölümü ilə bağlı hadisənin təfərrüatları - Baku TV CANLI
- “Dedilər, nə vaxt tikilsə, onda su verəcəyik” | Şəmkir sakinlərindən şikayət - Baku TV
- "Nə "znak" var, nə bordür, 160-170-lə sürürlər" | Şəmkirdə yeni yol qan çanağına çevrildi - Baku TV
- Təsərrüfatla məşğul olan kişinin evində dəhşət | 40 yaşlı qadını kim öldürüb? - Baku TV
- “Bizim başqa dolanışıq yerimiz yoxdur!” | Sakinlərin həyatı niyə zülmə çevrilib? - Baku TV
