Pleyeri seçin:

Övladına görə qətl törədən atanın etirafları - Baku TV

07 yanvar 2026 477 baxış

Bakının Hövsan qəsəbəsində qətl törətməkdə təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Təqsirləndirilən Emil Hüseynov ittiham üzrə özünü qismən təqsirli bilib.

O, ifadəsində hadisəni oğluna görə törətdiyini vurğulayaraq mərhum Rasim Laryonovu 2023-cü ildən tanıdığını deyib.

“O, məhləmizdə yaşayırdı. Kimliyi barədə heç nə bilmirdik. Oğlum bir gün dedi ki, belə bir adam var, insanlara yaxşılıq edir. Əvvəl Rasimlə normal münasibətimiz var idi. Sonradan onda qəribə davranışlar müşahidə etməyə başladım. Öyrəndim ki, oğurluq üstündə dəfələrlə məhkum olunub. 14 yaşlı oğlum Məhəmmədin də davranışları dəyişmişdi. Evə çox gec saatlarında gəlirdi, bir müddət sonra Rasimlə bir yerdə qalacağını bildirdi. Hətta bir dəfə Məhəmməd evə gəlib anasından pul tələb etdi. İstədiyi məbləği verə bilmədikdə özünü döyməyə, yaralamağa başladı. Qorxudan pensiya kartımı ona verdim”, – deyə Emil Hüseynov diqqətə çatdırıb.

Təqsirləndirilənin sözlərinə görə, oğlu internetdə özü yaşda uşaqların, eləcə də Rasimin də iştirak etdiyi bir məclisdən video paylaşmışdı. Orada “oğru aləmi”nə aid mahnılar oxuyur, qəlyan və siqaret çəkirdilər. Bundan sonra Emil Hüseynov oğlu ilə bağlı Rasim Laryonovla görüşüb məsələyə aydınlıq gətirməyə cəh edib. Bu zaman Rasim onun üzərinə ülgüc çıxardaraq ona xəsarət yetirmək istəyib. Emil Hüseynov isə üzərindəki bıçaqla ona xəsarət yetirib. Nəticədə Rasim Laryonov aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Qeyd edək ki, hadisə 2025-ci il avqustun 20-də Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində baş verib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Emil Hüseynov şübhəli şəxs qismində saxlanılaraq barəsində ittiham irəli sürülüb.

Beyləqanda 19 yaşlı gənc kanalda batdı | Araşdırma aparılır - Baku TV

Beyləqanda 19 yaşlı gənc kanalda batdı | Araşdırma aparılır - Baku TV

Hadisə
08 avqust 2026 477 baxış
İmişlidə traktor sürücüsü ağır qəza törətdi | Velosiped sürən uşaq həyatından oldu - Baku TV

İmişlidə traktor sürücüsü ağır qəza törətdi | Velosiped sürən uşaq həyatından oldu - Baku TV

Hadisə
08 avqust 2026 477 baxış
Sabunçuda 70 min manatlıq oğurluq | DİN əməliyyat keçirdi - Baku TV

Sabunçuda 70 min manatlıq oğurluq | DİN əməliyyat keçirdi - Baku TV

Hadisə
08 avqust 2026 477 baxış
Tovuzda dəhşət: 28 yaşlı gənc bibisini qətlə yetirdi - Baku TV

Tovuzda dəhşət: 28 yaşlı gənc bibisini qətlə yetirdi - Baku TV

Hadisə
08 avqust 2026 477 baxış
Elektrik naqillərini oğurlayan şəxs tutuldu - Baku TV

Elektrik naqillərini oğurlayan şəxs tutuldu - Baku TV

Hadisə
07 avqust 2026 477 baxış
Laçında baş verən yanğın FHN əməkdaşları tərəfindən söndürülüb - Baku TV

Laçında baş verən yanğın FHN əməkdaşları tərəfindən söndürülüb - Baku TV

Hadisə
07 avqust 2026 477 baxış
Tovuzda 28 yaşlı gənc bibisinin həyatına son qoydu - 24 SAAT

Tovuzda 28 yaşlı gənc bibisinin həyatına son qoydu - 24 SAAT

Hadisə
07 avqust 2026 477 baxış
Rüşvət almaqda ittiham olunan şəxslər məhkəmədə - ANA XƏBƏR

Rüşvət almaqda ittiham olunan şəxslər məhkəmədə - ANA XƏBƏR

Hadisə
07 avqust 2026 477 baxış
Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslərin əməlləri üzə çıxdı - Baku TV

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslərin əməlləri üzə çıxdı - Baku TV

Hadisə
07 avqust 2026 477 baxış
Məşhur tiktoker "Arzum"un növbəti məhkəməsi keçirildi - Baku TV CANLI

Məşhur tiktoker "Arzum"un növbəti məhkəməsi keçirildi - Baku TV CANLI

Hadisə
07 avqust 2026 477 baxış
Seçilmişlər
icon