Pleyeri seçin:
Özəl klinikadakı ölümlə bağlı prokurorluq hərəkətə keçdi
“Medicare” klinikasında baş verən ölüm hadisəsi araşdırılır.
Baş Prokurorluqdan verilən məlumata görə, 2023-cü il dekabrın 21-də 52 yaşlı Lətafət Məmmədovanın “Medicare” klinikasında ölməsi ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma başlanılıb.
Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv şəkildə araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək.
Xatırladaq ki, bir neçə gün əvvəl Sabunçu rayonunda yerləşən “Medicare” klinikasında 53 yaşlı qadın pasiyent plastik əməliyyat zamanı vəfat edib. Bu hadisədən sonra Səhiyyə Nazirliyi “Medicare” klinikasında yoxlamalara başlayıb və klinikanın fəaliyyəti dayandırılıb.
Qeyd edək ki, “Medicare” klinikasının direktoru Azər Məhərrəmovdur.
Kopyalandı
#Baş Prokurorluq teqi istifadə olunub
- Ağdərədə minaya düşən Xocalı rayon sakininin son durumu açıqlandı - Baku TV
- Xocalı sakini Ağdərədə minaya düşərək yaralandı - Baku TV
- Taksi sürücüsünü amansızlıqla qətlə yetirdilər | 30 il əvvəl baş verən qətlin üstü açıldı - Baku TV
- Baş Prokurorluq şəhər icra hakimiyyətində araşdırmalara başladı - Baku TV CANLI
- Tükürpərdən hadisə | "Baksol yolu" ərazisindəki dəhşətli yanğının detalları üzə çıxdı - Baku TV
