Pleyeri seçin:
Qaxda dəhşətli hadisə | Yük maşını küçənin ortasında yandı
Qaxda İran vətəndaşına məxsus yük avtomobili yanaraq yararsız vəziyyətə düşüb.
Hadisə Zaqatala-Qax avtomobil yolunun rayonun Süskənd kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, İran İslam Respublikası vətəndaşı Omara Qəderbaxş Nəzərməhəmməd oğluna məxsus yük avtomobilində yanğın hadisəsi baş verib.
Yanğın yerinə Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğın zamanı UU-532-NU Gürcüstan qeydiyyat nişanlı “Renault” markalı yük avtomobilinin kabinə hissəsi tamamilə və qoşqusunun bir hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
#Qax teqi istifadə olunub
- Qazaxda 17 yaşlı yeniyetmə 20 yaşlı gənci niyə bıçaqladı? - Baku TV CANLI
- Qaxda qəza anında dəhşətli mənzərə: xilasedicilər səfərbər oldu - Baku TV CANLI
- “Nə alan var, nə soruşan” | Qax sakinlərinin yığdığı fındıq niyə əllərində qalıb? - Baku TV
- “Azəriqaz” rəhbərinin növbəti qəbulu Qax rayonunda təşkil olunub - Baku TV
- Görüşdə hansı rayonların sakinlərinin müraciətləri dinləniləcək? - Baku TV
