Pleyeri seçin:

Qazini qətlə yetirən şəxs məhkəmədə danışdı | Hadisənin təfərrüatları

18 yanvar 2024 683 baxış

Paytaxtda mahnı sifarişi üstündə Dövlət Sərhəd Xidmətinin baş gizirini qətlə yetirməkdə, digər əməkdaşını isə bıçaqlamaqda təqsirləndirilən Orxan Zeynalov və İlqar Abdurrahmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İlqar Abdurrahmanovun ifadəsi dinlənilib.

“Dincəlmək üçün restorana getmişdik. Yan masada yüksək səslə söyüş söyürdülər. Daha sonra DJ ilə mübahisəyə başladılar. Biz dedik ki, niyə qan-qaraçılıq edirsiniz? Bundan sonra bizə də hücum etdilər. Daha sonra onları məkandan çıxardılar. Mən də onların ardınca çıxdım”, – o bildirib.

Qeyd edək ki, ittiham aktına görə, Orxan Zeynalov tanışı İlqar Abdurahmanov və Rauf Şıxəliyevlə birlikdə Bakı şəhəri, 9-cu mikrorayondakı restoranlardan birində spirtli içki qəbul etdikdən sonra məclislərini davam etdirmək üçün digər restorana gedib. Hadisə də məhz bundan sonra baş verib. Onların musiqi sifarişinə görə qonşu masada əyləşən Cəsarət Vəliyev və Camal Həsənovla mübahisələri yaranıb və mübahisə əlbəyaxa davaya qədər böyüyüb. Dava zamanı Cəsarət Vəliyev aldığı bıçaq xəsarətindən hadisə yerində keçinib, Camal Həsənov isə xəstəxanaya çatdırıldığından həyatını xilas etmək mümkün olub.

Onu da bildirək ki, qətlə yetirilən Cəsarət Vəliyev 44 günlük Vətən müharibəsində döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirməsinin nəticəsi olaraq “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib. Təqsirləndirilən Orxan Zeynalov və İlqar Abdurrahmanova qarşı Cinayət Məcəlləsinin 9 maddəsi ilə ittiham irəli sürülüb.

Yaşayış binasında partlayışa nə səbəb oldu? - Baku TV

Yaşayış binasında partlayışa nə səbəb oldu? - Baku TV

Hadisə
16 sentyabr 2026 683 baxış
Ata və qızı kürəkəni qətlə yetirdi? | Məhkəmədə hökm oxundu - ANA XƏBƏR

Ata və qızı kürəkəni qətlə yetirdi? | Məhkəmədə hökm oxundu - ANA XƏBƏR

Hadisə
16 sentyabr 2026 683 baxış
Badamdarda baş verən partlayışın səbəbi bilindi - Baku TV

Badamdarda baş verən partlayışın səbəbi bilindi - Baku TV

Hadisə
16 sentyabr 2026 683 baxış
"Əli yox kimi idi, qarnı, başı..." | Qumbaranı ölən idmançı qızın qardaşı evdə gizlədibmiş - Baku TV

"Əli yox kimi idi, qarnı, başı..." | Qumbaranı ölən idmançı qızın qardaşı evdə gizlədibmiş - Baku TV

Hadisə
16 sentyabr 2026 683 baxış
Torpaq sürüşməsi Qubada yolun bir neçə hissəsində hərəkəti məhdudlaşdırdı - Baku TV

Torpaq sürüşməsi Qubada yolun bir neçə hissəsində hərəkəti məhdudlaşdırdı - Baku TV

Hadisə
15 sentyabr 2026 683 baxış
Türkiyə mediasında yayılan məlumata DİN-dən rəsmi açıqlama - Baku TV

Türkiyə mediasında yayılan məlumata DİN-dən rəsmi açıqlama - Baku TV

Hadisə
15 sentyabr 2026 683 baxış
Xırdalandakı dəhşətli hadisənin detalları | Gənc qız nəyin qurbanı oldu? - Baku TV CANLI

Xırdalandakı dəhşətli hadisənin detalları | Gənc qız nəyin qurbanı oldu? - Baku TV CANLI

Hadisə
15 sentyabr 2026 683 baxış
"Qız ölüb, oğlunu da aparıblar" | Xırdalanda müəmmalı ölüm | Qonşu hadisəni danışdı - Baku TV

"Qız ölüb, oğlunu da aparıblar" | Xırdalanda müəmmalı ölüm | Qonşu hadisəni danışdı - Baku TV

Hadisə
15 sentyabr 2026 683 baxış
DTX tərəfindən saxlanılan Məqsəd Bağırov və Kamran Bilalov nədə ittiham olunur? - Baku TV

DTX tərəfindən saxlanılan Məqsəd Bağırov və Kamran Bilalov nədə ittiham olunur? - Baku TV

Hadisə
15 sentyabr 2026 683 baxış
23 yaşlı tələbənin qətlində ittiham onunan şəxsin məhkəməsi keçirildi - Baku TV

23 yaşlı tələbənin qətlində ittiham onunan şəxsin məhkəməsi keçirildi - Baku TV

Hadisə
15 sentyabr 2026 683 baxış
Seçilmişlər
icon